“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə heyva dolmasının hazırlanmasından bəhs edəcəyik.
Tərkibi:
200 qr qoyun əti
1 ədəd soğan
100 qr keşniş
duz, istiot
sarıçiçək
heyva
Hazırlanması:
İlk öncə heyvanı yaxşıca yuyun. Zövqə görə qabığını soya bilərsiniz. Heyvanın iç hissəsini çıxarın. Əti, soğanı ət maşınından və ya blenderdən keçirin. Və ya mətbəx çəkiciylə döyə bilərsiniz. Bir qabda çəkilmiş qoyun əti, soğanı qarışdırın. Üzərinə xırda doğranmış keşniş, duz, istiot və sarıçiçək töküb yaxşıca qarışdırın. Hazırladığınız içliyi heyvaların içərisinə doldurun . Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada heyva yumşalanadək bişirin. Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan