koronavirus

Pandemiya zamanı yaşlı insanları tək qoymayın – Mütəxəssis qaydaları AÇIQLAYIR

Baxış sayı: 859

“Görəsən öləcəyəmmi,  şikəstmi qalacam, mənimlə kimsə maraqlanmayacaqmı, ya da övladlarım və nəvələrimə yükmü olacam?”.

Pandemiya dövründə yaşı 65-dən yuxarı olanlar bu sualları özlərinə tez-tez verməyə başlayıb. Bununla bağlı mütəxəssislər xəbərdarlıq da edib.

Mütəxəssislərin fikrincə, bu dövürdə yaşlı insanlara tək olmadıqlarını hiss etdirmək çox vacibdir. Görüşmək mümkün olmadıqda, bunu telefonla zəng vurmağı tövsiyə edən psixoloqlar hər gün onlara zəng edib, ehtiyaclarının olub-olmadığını soruşmağı məsləhət görür.

Bu gün də gələn olmadı...

Bununla bağlı açıqlama verən psixiatriya üzrə mütəxəssis Barış Önən Unsalver pandemiya dövründə yaşlı insanlarla necə davranmağın qaydalarından bəhs edib: “Gələn ölüm xəbərlərinin içində daha çox yaşlı insanların adı hallanır. 65 yaşından yuxarı insanların evdə qalması ilə bağlı verilən qərarlar bu yaş qrupunda olan insanların qayğılarını və narahatlıqlarını da artırıb. Gün ərzində bir neçə dəfə zəng edib səslərini eşitmək onların qayğılarını azalda bilir. Telefon və kompüterdən istifadə edə bilənlər üçün baxa biləcəkləri müxtəlif filimlər yükləmək, görmə problemi olanlar üçün səsli kitab oxuma və digər vasitələrdən istifadə etmək olar. Vacib olan onları tək qoymamaqdır. Onlar evdə tək qala bilər, amma tez-tez zəng edib varlığımızı xatırlatmalıyıq. Çünki tək qalmaq onlarda yuxusuzluq və bir sıra ciddi problemlər yaradır. Onlara yük olmadıqlarını, önəmli olduqlarını hiss etdirməliyik”.

Həkim bildirib ki, yaşlı insanlar özlərinə yaxşı baxmalı, bol su içməli və yuxu rejiminə diqqət etməlidirlər. Bununla yanaşı, təzyiq, şəkər və ürək problemləri olanlar dərmanlarını vaxtı – vaxtında istifadə etməlidir. Həkim onu da bildirib ki, yaşlı insanlar virusla bağlı xəbərləri az dinləməlidir: “Xəbərlərdə verilən məlumatlar onların virusla bağlı narahatlıqlarını daha da artırır. Pandemiya problemi bir müddət sonra bitəcək və yaşlı insanlar da normal həyatlarına dönəcəklər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir