maxresdefault8-640x360

Şokoladlı tort

Baxış sayı: 2. 458

Tərkibi:

4 ədəd yumurta
125 qr. yumşaq marqarin (və ya yarısu stəkanı duru yağ.)
1 su stəkanı toz şəkər
2 qaşıq kakao
1 qəhvə fincanı süd
1,5 su stəkanı un
1 paket qabartma tozu

Ara kremi üçün:

2 su stəkanı süd
1 yemək qaşığı misir nişastası
1 qaşıq kakao
5 qaşıq şəkər
80 qr. bitter şokolad (arzuya görə)

Hazırlanması:

 

Südün 1,5 stəkan qədər qaynadılır.
Qalan yarım stəkan süd ilə şəkər, nişasta və kakao hamar hala gələnə qədər qarışdırılır.
Bu qarışığı qaynayan südə az az qarışdırılaraq əlavə olunar. 2-3 dəq. bişirilib ocaqdan alınar. Tələb olunarsa bu mərhələdə parçalanmış şokolad əlavə edilib qarışdırılar. Arabir qarışdıraraq soyumağa buraxılar.
Ayrı bir yerdə yumşaq kərə yağı şəkər ilə qarışdırılır. Yumurtalar, süd və kakao da əlavə edilib qarışdırmağa davam edilər. Son olaraq un, kakao və qabartma tozu əlavə olunar.
Bu qarışığın yarısı yağlanmış qəlibə tökülər.
Üzərinə soyumuş olan kakaolu sous tökülüb kənarlara çox yaxınlaşdırmadan yayılar.
Ən üstə qalan qarışığı tökülüb qaşıq ilə düzəldilir.
180 dərəcədə isidilmiş sobada 20-30 dəq. bişirilir.
Sobadan çıxdıqdan sonra servis qabına tərs çevirilip pudra şəkəri ilə bəzədilir.

 

————————————————————————




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir