qrip

Covid-19, qrip, soyuqdəymə, yoxsa allergiya?

Baxış sayı: 774

Hərarət, boğaz ağrısı, öskürək, bəlğəm, nəfəs darlığı, baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq… Bütün bu simptomlar Covid-19-u ağla gətirsə də, qrip, soyuqdəymə, hətta allergiya da ola bilər. Bəzən bu xəstəliklər koronavirusla birləşə və infeksiyanın gedişatının daha da ciddiləşməsinə səbəb ola bilər.

Bu səbəbdən əsasən soyuq havalarda yaranan bu xəstəliklərə qarşı müəyyən tədbirlər görmək lazımdır.

Bu xəstəlikləri bir-birindən ayırmaq həmişə mümkün olmur. Lakin aşağıdakı səbəblər sizə bu xəstəlikləri ayırmağa kömək edəcək:

 

Qrip

Covid-19-u ən çox qriplə səhv salırlar. Zəiflik, baş ağrısı, öskürək, qızdırma, titrətmə, əzələ ağrıları kimi simptomlar varsa bu qrip əlamətləridir. Lakin bu qripin ağır forması olduğundan bəzən belə xəstələr Covid-19-a yoluxduğunu zənn edir.

 

Soyuqdəymə

Mövsüm etibarilə baş verən xəsəlikdir. Bədəndə halsızlıq, burun axıntısı  və asqırıq kimi simptomlarla müşahidə edilir. Təxminən 5 ya da 7 gün ərzində keçib gedir.

 

Allergiya

Əgər insanda həddən artıq asqırıq müşahidə edilrisə bu allergiyadır. Burun və göz qaşınması, sulu gözlər və göz altındakı göyərmə allergiyanın simptomlarıdır. Allergiya zamanı hərarət, halsızlıq, nəfəs darlığı və bəlğəm müşahidə edilmir.

 

Covid-19

Bu xəsətəlik ağır qrip simptomları (boğaz ağrısı, öskürək, bəlğəm, nəfəs darlığı, baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq ) ilə yanaşı qoxu və dad bilməni itirmə ilə müəyyən edilir. Buna görə də bunları hiss etdikdə mütləq koronavirus testindən keçmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir