halva

Umac halvası necə hazırlanır? – RESEPT

Baxış sayı: 1. 221

Tərkibi:

un — 1 kq.

kərə yağı — 0,5 kq.

duz — 1 çimdik

darçın — 1 ç.q

 

Şərbəti üçün:

su — 3 stəkan

şəkər tozu — 1 kq.

sarıkök və ya zəfəran

 

Hazırlanması:

Una su çiləməklə umac edin. Umacı aşsüzəndən keçirib süfrəyə sərin, ələnən una yenidən su çiləyib prosesi un bitənədək təkrarlayın. Hazır umacı arada qarışdırmaq şərtilə 4-5 saat qurudun.

İri tavada yağla umacı fasiləsiz qarışdıra-qarışdıra qızılı rəng alana kimi vam odda qovurun. Duz əlavə edin.

Azərbaycanın Ənənəvi Təamı-Umac Halvası Resepti | Evdar.az

Şərbətin hazırlanması:

Suya şəkər tozu və zəfəran (sarıkök) əlavə edib tam həll olunana kimi qızdırın.

Halvanın hazır olub olmamasını yoxlamaq üçün kənarda bir çay qaşığı qovrulmuş umacın üzərinə qaynar şərbət əlavə edin. Qabarcıqlar əmələ gələrsə halva hazırdır. Qarışdırmağı saxlamadan ehtiyatla qaynar şərbəti 2 dəfəyə halvanın üzərinə əlavə edin. Tam həll olunana kimi qarışdırıb oddan götürün. Qablara çəkib darçınla bəzəyin. Süfrəyə verməmişdən qabaq halvaya qaşıqla forma verə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir