sevgi

İlk görüşdə cütlüklər nələri etməməlidirlər?

Baxış sayı: 929

Sevdiyiniz biri ilə ilk görüşdə münasibətin davamlı olması üçün bəzi qaydalara əməl olunmalıdır. Unutmayın, telefonla mesajlaşmaq ilə görüş tamam fərqlidir.

Beləliklə, xarici KİV-ə istinadən ilk görüşdə cütlüklərə bunları etməməyi məsləhət görürük:

 

Gecikməyin

İlk görüş sizin haqqınızda müəyyən fikir yaradacaq. Gecikməniz sizi məsuliyyətsiz kimi tanıtsa da, vaxtında deyilən ünvanda olmaqla qarşı tərəfin yaddaşında dəqiq biri olaraq qalacaqsınız.

 

Keçmiş sevgilinizdən danışmayın

Heç kim acı həyat hekayəsini dinləməyi sevmir. Keçmiş sevgilinizdən bəhs edərək qarşı tərəfə onu hələ də unutmadığınızı hiss etdirmiş olursunuz. Əslində isə keçmişi unutduğunuzu, gələcəkdə hər şeyin gözəl olacağına inandırın.

 

Ofsianta hörmət edin

Bu əslində hər zaman edilməsi doğru olan bir davranışdı. Sevgilinizin yanında ofsiantla kobud rəftar etməklə, qarşı tərəfin haqqınızda mənfi düşünməsinə şərait  yaradacaqsınız.

 

Telefondan uzaq olun

İlk görüşdə telefondan asılı olduğunuzu hiss etdirmək heç də yaxşı əlamət deyil. Görüş zamanı diqqətiniz qarşı tərəfdə deyil, telefonda olarsa, həmin şəxsə hörmətsizlik etmiş olursunuz.

 

Hesabı birgə ödəməyi təklif edin

Restoranda axşam yeməyinin sonunda hesabı kimin ödəməli olduğu hər zaman mübahisə yaradır. “Kişilər hər zaman hesab ödəməlidir”, deyə bir qanun yoxdur. Yaxşı olardı ki, ilk görüşdə hesabı birgə ödəmək istəyinizi bildirin.

 

Onu və fikirlərini təhlil edin

Mesajlama zamanı müzakirə olunan mövzuları bir də görüşəndə üzbəüz müzakirə edin. Qarşı tərəfin bədən dilini oxumağı bacarsanız, o zaman onun fikirlərində nə qədər səmimi olduğunu hiss edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir