gobelekli omlet

Göbələkli omlet necə hazırlanır?

Baxış sayı: 769

Tərkibi:

6 ədəd yumurta

1,5 stəkan süd

4 x.q. un

200-300 qram göbələk (şampinyon)

2 ədəd soğan

Duz, istiot

Göyərti

 

Hazırlanması:

Boşqabda yumurtataları sındırıb, üzərinə süd, duz, un əlavə edib, yaxşıca qarışdırın. Hazırlanmış qarışıqdan bitki yağında qızdırılmış tavaya töküb, omlet bişirin. Soyumuş omleti 8-10 sm ölçüdə kvadrat formasında doğrayın. Soğanı xırda-xırda doğrayıb, yağda qızardın. Göbələkləri bişirib, qızardılmış soğanın üzərinə əlavə edib, 5 dəqiqə ərzində bişirin. Kvadrat formasında doğranılmış omleti boşqaba düzüb, üzərinə isə qızardılmış göbələyi yerləşdirin. Süfrəyə verərkən göyərti və müxtəlif tərəvəzlərlə bəzəyə bilərsiz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir