soyuqdeyme

Bunlar soyuqdəymə üçün faydalıdır

Baxış sayı: 678

Mövsümlə əlaqədar olaraq soyuqdəymə, qrip kimi xəstəliklər çoxalmağa başlayıb.

“Gencaile.az” xarici KİV-ə istinadən, soyuqdəyməyə qarşı 2 faydalı təbii qarışığın reseptini təqdim edir.

Bu qarışıqlar soyuqdəymə və qrip zamanı müalicəvi təsir edir – xəstəliyin simptomlarını azaldır, immun sisteminin stimullaşdırır, sağalmanı tezləşdirir.

– 5 xörək qaşığı bal və 5 xörək qaşığı sürtgəcdən keçirilmiş sarımsaq qarışdırılır, hər gün yatmazdan əvvəl 1 xörək qaşığı olmaqla ilıq südlə qəbul olunur.

– 3 xörək qaşığı zirinc, 2 çay qaşığı üyüdülmüş darçın, 100 qr bal qarışdırılır və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir