yol

Pandemiyadan sonrakı iki böyük təhlükə – Mütəxəssislər deyir ki…

Baxış sayı: 660

“Microsoft”un qurucusu Bill Qeyts insanları koronavirus pandemiyasından sonra ortaya çıxacaq digər iki ciddi təhlükə barədə xəbərdar edib. Onun fikrincə, bu təhlükənin birincisi iqlim dəyişikliyi ilə bağlıdır. Onun sözlərinə görə, bu təhlükə hər il pandemiya ilə müqayisədə daha çox insan ölümünə səbəb olacaq. Bəşəriyyətin qarşılaşa biləcəyi digər böyük təhlükənin isə bio-terrorizm olduğunu deyib: “Bununla qarşılaşma ehtimalımız təbii epidemiyalar ilə müqayisədə daha yüksəkdir”.

Bəs mütəxəssislər nə deyir? Bizi qarşıda həqiqətən iqlim dəyişikliyi və bio-terrorizm gözləyirmi?

Mövzu ilə bağlı danışan ekoloq Telman Zeynalov Bill Qeytsin iddialarını uydurma adlandırıb:

“Bill Qeytsə az inanın. O, kommersant, milyonerdir. Bu cür açıq oyunlar oynayır ki, daha böyük pullar qazansın. Heç kəs dəqiq proqnoz verə bilməz ki, tezliklə təbiətdə nə baş verəcək, hansı iqlim dəyişikliyi olacaq. Elm hələ bu dərəcədə inkişaf etməyib”.

Ekoloq qeyd etdi ki, qarşıda bəşəriyyəti hələ ki, böyük bir iqlim dəyişikliyi gözləmir: “Allah Yer kürəsini yaradıb, 10 milyard il də ömür verib. Bu 10 milyard ildən sonra Yer kürəsi də Mars, Yupiter kimi kənara keçəcək, yaşayış sıfıra bərabər olacaq. Ona görə də təbiətdə nə proses baş verirsə, bu, Allahın qoyduğu qanunlar əsasında baş verir.

Allah həm də insanlara ağıl verib ki, baş verən prosesləri idarə edə bilsin. Məsələn, əgər quraqlıq, su qıtlığı yaranıbsa, insan oturub  araşdırmalıdır ki, problemi necə həll etmək olar. Təbiətdə gedən bütün riskləri həll etməyə insanın gücü çatmalıdır”.

Telman Zeynalov ile ilgili görsel sonucu

Ekoloq bio-terrorizmlə bağlı iddialara da rəy bildirdi:

“Bio-terrorizm nədir? Bu, geni dəyişdirilmiş məhsulların satışa çıxarılmasıdır. Süni kartof, süni ət, yumurta yaradırlar ki, bu da insanlar üçün çox böyük təhlükədir. Bununla insanlar arasında yeni xəstəliklər yaradırlar.

Sovet hökuməti dağıldıqdan sonra ABŞ-da biolaboratoriyalar yaradılmışdı. Sonralar bu cür laboratoriyalar əksəriyyət ölkələrdə yaranmağa başladı. Doğrudur, həmin laboratoriyalarda alimlər araşdırmalar aparırlar, lakin bəzən də bio-terrorlar da ortaya çıxarırlar. Bu, o deməkdir ki, Yer kürəsi üçüncü dünya müharibəsinə hazırlaşır. Yəni bio-terror buna deyilir”.

Adil Qeybulla ile ilgili görsel sonucu

Professor Adil Qeybulla isə aşağıdakıları qeyd etdi: “Əslində Bill Qeytsin açıqlamaları göydən düşməyib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı sağlamlığı təhdid edən 10 amillə bağlıdır. Burada ekoloji məsələlər ön plana çıxır. Bundan başqa vaksin tərəddüdü də var. Pandemiyanın özü də bio-terrorizmdir. Yəni təbiətin yaratdığı canlılara, insanlığa qarşı bir terrorizmdir.

Təbiətdə baş verən qlobal istiləşmə, bunun da nəticəsində biosferin bütövlükdə pozulması insanların sağlamlığı üçün çox ciddi problem yaradır və xeyli insan tələfatı ilə nəticələnir. Bio-terrorizm deyəndə isə insan orqanizminə qarşı təbiətin təhdidi nəzərdə tutulur. Bunun üçün də tam böyük fon var və bu proses tədricən davam edir. Hətta ÜST qeyd edir ki, mütləq biz bir qrip pandemiyası ilə üz-üzə qalacağıq. Bunun nə vaxt baş verə biləcəyini isə kimsə dəqiq deyə bilməz. Amma bu pandemiya baş verəcək, özü də çox ağır şəraitdə. Ona görə də insan hər şeyə hazır olmalı, təcili tədbirlər görməli, ekoloji tarazlığı tənzimləməlidir”

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir