USAQ

Saç yemək, dodaq dişləmək, barmaqla oynamq…- Valideyn nələrə diqqət etməlidir?

Baxış sayı: 607

Uşaqlarda valideynləri narahat edən  bir neçə vərdiş var. Məsələn, barmaqla oynamaq, saç yemək, dodaqları dişləmək, dırnaq yemə, boğaz təmizləmək, barmaq sourmaq və.s. Bütün bunlar sadəcə bir vərdiş deyil.

Uşaqlarda bu tip obesif  hərəkətlər varsa, valideynlər bundan narahat olmalıdır. Bu uşaqların psixoloji vəziyyətindəki gərginlik, narahatçılıqdan olmasından xəbər verir. Adətən ata-ana övladının yanında mübahisə edəndə, sevdiyi heyvan vəfat edərsə, ata-ana ayrılarsa uşaqlar  daxili gərginliklərini bu cür ifadə edirlər.

Image result for DIRNAQ YEMƏK

Bu vərdişlərə görə uşağı cəzalandırmaq doğru qərar deyil. Stressin səbəbini bilib, onu aradan qaldırmaq lazımdır. Bunun üçün ilk olaraq uşaqla söhbət edilməli, vaxtlı-vaxtında yuxu rejiminə nəzarət olunmalı, günlük rutinlər edilməlidir. Məsələn, övladınızla açıq havada gəzə bilər, onunla birlikdə kitab oxuyub, oyunlar oynamaqla bu kimi vərdişi aradan qaldırmağa cəhd edə bilərsiniz.

Qeyd edək ki, uşaq 24 ay ərzində stressi bu cür göstərir. Valideynlər psixoloqdan dəstək almazsa, gələcəkdə daha riskli vəziyyət yarana bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir