paltar qurutma

Paltar yumaq və qurutmaqla bağlı məsləhətlər

Baxış sayı: 2. 640

Hamısı fərqli əməliyyat tələb etsə də paltar maşınında başlayıb dolaplarda, siyirtmələrdə  gül kimi ətirlərlə yerlərini alan təmiz paltar yuma işini asan, praktik və əyləncəli hala gətirmək mümkündür …

* Paltarları qruplara ayıraraq nizamlı aralıqlarla yumaq əhəmiyyətlidir.

* Yuma əməliyyatını praktik hala gətirmək üçün ehtiyacımız olan vasitə-vəsaitləri bir yerdəsaxlamağa diqqət göstərin. Məsələn, yuma sahəsində paltaryuyan maşın, yuyucu tozlar, yumşaldıcı və səbətin əlimizin altında olması işimizi asanlaşdıracaq. Burada diqqət yetirilməsi lazım olan iş,kiçik uşaqlar varsa yuyucu və yumşaldıcı kimi kimyəviləri mütləq əlləri çata bilməyəcək bir hissədəsaxlamaq olmalıdır.

* Paltarları qurutma maşınında gözlətmək ya da maşında yaş unutmaq qırışların açılmasını çətinləşdirəcək. Əgər ütü zamanını qısaltmaq istəyirsinizsə bu mövzuda diqqətli olmalısınız.

* Paltarlıq otaqları yaxud böyük dolablar vaxt itkisini və dağınıqlığı önləyəcək lakin belə birimkanınız yoxdursa qurutma və ütü işi üçün evinizdə meydana gətirəcəyiniz portativ bir künc dəişinizi asanlaşdırar. Belə bir küncdə ütü və qatlama işinizi asanlıqla edərək paltarlarınızın qırışıbdağılmalarına imkan vermədən yerlərinə yerləşdirə bilərsiniz.

* Köynək, şalvar kimi ütü istəyən paltarlarınızın asqı köməyi ilə qurutmağı sınayın. Beləcə daha azqırışaraq, ütü zamanınızdan qənaət təmin edəcəyiniz kimi qurutma ipi istifadə edirsinizsə  zivədəkiyerdən də qənaət təmin edərsiniz.

 Paltarlarınızın doğru qurutmanın incə nöqtələri

• Paltarlarınızın bol oksigenli açıq havada qurutmağa diqqət göstərməlisiniz.

• Əslində günəş ən yaxşı dezenfektantdır, xüsusilə alt paltarları və yataq dəstləri, yastıq üzləri, mələfələr və dəsmallar həm günəşli həm də havadar bir mühitdə qurudulmalıdır. Lakin birbaşa günəş alan bir mühitdə də paltar qurudulduqda, uzun müddət belə saxlanılmamalıdır, bu paltarların solmasına və deformasiyaya səbəb ola bilər. Yenə də paltarları asarkən birbaşa günəş işığına məruz qalmamasına çalışın. Rənglərinə və toxunuşlarına zərər verə bilər.

• Çox nəmli və yağışlı havalarda da xarici məkanlarda paltar saxlanılmamalıdır.

• Əgər balkonunuz kiçikdirsə çölə doğru asma quruducu tellərdən taxa bilərsiniz.

• Paltarlarınızın quruda biləcəyiniz xarici sahədə bir yeriniz yoxsa, etməniz lazım olan, ev üçün kiçik paltar asqılarından ala bilərsiniz. Kresloların üzərinə və ya sağa-sola qoyduğunuz paltarlar hava ala bilmədiyi üçün nəmi içində saxlayır, bu da pis iy gəlməsinə səbəb olur.

• Paltarlarınızı asmadan əvvəl qırışıqlıqlarını aradan qaldırmaq və asan ütülənilməsinə təmin etmək üçün bir neçə dəfə silkələyib elə asmalısınız.

• Toplama və təsnif üçün paltarların bənzərlərini mümkün oldu qədər yan-yana asmaqda fayda vardır. Bu sizə daha sonra zaman qazandıracaq, həm yığıb qatlayarkən, həm də ütü edərkən daha az zaman xərcləyərsiniz. Qatlayarkən, ütüləməyə hazırlıq olacaq şəkildə qatlamaq, gərəksiz qırışların qarşısını alır və beləcə zaman və enerjidən qənaət təmin edirsiniz.

• Qurutuma maşınına qoyduğunuz geyimləri dərhal ütüləyə bilməyəcəksinizsə ütü proqramını seçməlisiniz. Digər proqramlardan sonra çıxardığınız geyimləri təsadüfi səbətlərə qoymaq yerinə, paltarlar daha istiykən yerinə yerləşdirmək, onların daha çox qırışmalarının qarşısını alar.

• Paltar mandallarını çöldəki paltar iplərinin üzərində saxlamamağa diqqət edin. Zamanla yağış və nəmdən paslana bilər və paltarlarınıza ləkə sala bilər. Xüsusilə aralarına tozlar girə bilər, bu da paltarlarınıza iz salar.

• T-shirt və koftalar baş aşağı, yubka və şalvarları isə bel bölgələrindən asmaq lazımdır…

• Qurutma maşınları varsa və paltarlarınızın maşında qurudursunuzsa maşının içinə bir az gül və ya limon qabığı qoya bilərsiniz. Paltarlarınız gözəl qoxuyacaqdır.

• Yun jaketlər və paltarları isə səbətə qoyub suyunun tamamilə süzməsini gözləyib elə asmalısınız. Yoxsa aşağı doğru deformasiya edə bilər.

• Nə etsəniz edin, paltarlarınızdakı pis qoxunu apara bilmirsinizsə, yuyucu tozun olduğu gözə, karbonat və ya rəngsiz sirkə əlavə edə bilərsiniz, bu qoxunun tamamilə getməsini təmin edəcək.

• Ümumiyyətlə corablar quruduqdan sonra uyğunlaşdırılaraq, öz içindən keçirilib təsnif edilir. Bu əməliyyatda xüsusilə  rezin yerlərinin və də barmaq uclarının nəmli olmamasına və çox dartılacaq bir qatlama edilməməsinə diqqət yetirilməlidir.

• Ütü paltarları həm yeniləyən, həm gözəl və nizamlı göstərən həm də mikrobların qarşısını almasını təmin edən bir əməliyyatdır. Məsələn ütülənmiş dəsmallarda həm mikroblar ölmüş olar həm də qabarıqlığı azaldığı üçün saxlama şkafında daha az yer tutarlar.

• Son olaraq qurutma maşını istifadə edirsinizsə filitirini, hər əməliyyatdan sonra təmizləməyə laqeyd yanaşmamaq lazım olduğunu xatırlatmaq istəyirik. Bir çox parçanın, geyimin üzərində olan xovların və liflərin filtirə necə yığıldığına siz də çaşacaqsınız …




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir