paltar

Paltarlarınızın düzgün yuyulması üçün 12 QIZIL QAYDA

Baxış sayı: 542

Paltarların düzgün yuyulması üçün əsas olan heç də bahalı təmizləyici vasitələr deyil, adi bir vasitə ilə sadəcə müəyyən hiylələrdən istifadə etməklə yaxşı nəticə almaq olar, paltarların rəngi solmaz, ətri gözəl olar.

 

Paltarların düzgün seçilməsi

Məlumdur ki, rəngli paltarlar, qara və ağlar ayrı-ayrı yuyulmalıdır. Lakin çoxları bilmir ki, bununla yanaşı, müxtəlif növ parçalar da birlikdə yuyulmamalıdır.

Yuyarkən müxtəlif sıxlıqdakı parçalar bir-birinə sürtülür, bu da incə materialın sürətlə aşınmasına səbəb olur.

 

Tünd paltarlar üçün qara çay

Təbii rəngləmə agenti sayəsində təzə qara çay tünd paltarlarda rəngi qorumağa kömək edəcəkdir. Yaxalama rejimi zamanı paltaryuyan maşına yarım litr tünd çay tökmək lazımdır. Bu metodu istifadə edərək köhnə geyimlərə parlaqlıq qaytara bilərsiniz.

 

 Qab yumaq üçün vasitə və ya sadəcə şampun

Ağ paltarlarda tez-tez sarı ləkələr və ya tər izi, boyun hissənin rənginin dəyişməsi və s. ilə qarşılaşırıq. Bütün bunları qabyuyan vasitə və ya şampunla təmizləmək olar. İsladılmış hissənin üzərinə bir neçə damcı vasitədən töküb, 15 dəqiqə saxlamaq və paltaryuyan maşına atmaq kifayətdir.

 

Soda

Bu möcüzəvi vasitə bir çox sahələrdə istifadə edilir. Paltar yuyarkən maşının birbaşa barabanına ¾ stəkan soda tökmək suyu yumşaldır, ağ paltarları daha da ağardır, xoşagəlməz iyləri aradan qaldırır. Lakin yun və ipək parçalarda sodadan istifadə etmək olmaz.

 

Corablar üçün orqanayzer

Barabanın içərisində ilişib qalmış corabları axtarmamaq üçün polyester kisələrdən və ya xüsusi orqanayzerlərdən istifadə etmək olar.

 

Cins şalvarları tərsinə çevirmək

Cins geyimlərinizin ömrünü uzatmaq istəyirsinizsə, tərsinə çevirib maşına atın.

Cins şalvarların düyməsini bağlı halda və üzünü tərsinə çevirib yumaq lazımdır.

paltar

Maşının düzgün doldurulması

Maşına nə qədər az paltar yığılarsa, o qədər təmiz yuyulacaq. Sintetik paltarların barabanın yarısı qədər, yun paltarların isə barabanın 1/3-i qədər doldurulması məsləhət görülür. Barabanı ağzına qədər doldurmaq olmaz. Bu, həm təmizlik effektini azaldır, həm də maşının hissələrinin sıradan çıxmasına səbəb olur.

 

Efir yağlarının əlavə edilməsi

Yumadan öncə maşına efir yağlarının əlavə edilməsi çox yaxşı ideyadır. Limon damcısı ləkələri aparacaq, lavanda yağı paltarı təravətləndirəcək və s.

Efir yağlarını yaxalama rejimi zamanı birbaşa barabana tökmək lazımdır, çünki maşının plastik və rezin hissələrini zədələyə bilir.

 

Ağız üçün yaxalayıcı vasitələr

Yuyucu vasitə yerinə maşına ağız yaxalamaq üçün vasitə töksəniz, barabandakı bütün ərp, qoxu və göbələklər təmizlənəcək. Bunun üçün yarım stəkan ağız yaxalayıcısını yuyucu vasitə üçün olan yerə tökərək, tez yuma rejimini qoşmaq lazımdır. Maşındakı bütün patogen mikroflora məhv olacaqdır.

 

Paltarların düzgün ağardılması

Zamanla ağ paltarlar solğunlaşır və rəngi saralır, onları xüsusi vasitələrlə ağartmaq lazım gəlir. Ancaq bilməlisiniz ki, toz və kondisioner, və ya ağardıcı birlikdə istifadə edilərsə, əksinə ağartma effektivliyini azaldacaq.

 

Paltarlara yumşaqlıq vermək üçün duz

Parçaların yumşaqlığını saxlamaq üçün onları duzlu su ilə yaxalamaq olar. Bunun üçün duz hər bir litr suya bir qaşıq duz qatılmalıdır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir