YAG

Azərbaycanda əhalinin ürəyini tıxayıb öldürən yağ -Biz necə qurbana çevrildik?

Baxış sayı: 724

Transyağlar – sözünü hardasa eşitmisiz. Görməmisiz, çünki satışda üzərində transyağ yazısı olan yağ satılmır. Aldığınız qidaların, fast-fudun, bir çox ərzaq və şirniyyatların etiketində bu söz yazılmır.

Həkimlər bildirir ki, Azərbaycanda damar tıxanmaları gəncləşib, indi 40 yaşından sonra damarı açıq, normal insan tapmaq çətindir.
Gənc qadınlarda hamiləlik dövründə damarlar tutulur, varikoz, tromboz, gənc kişilərdə ayaqlarda, ürəkdə əsas damarların tutulması, infarkt, uşaqlarda qan pozulması, nevroloji xəstəlikər, ürək-damar problemləri – hamısı damar tıxanmasının nəticəsidir.

Damarlar xolesterin, yağlı kirəclərlə daralır.

Mütəxəssislər əhalidə kütləvi şəkildə damar tutulmasının səbəbini qidalanmada və yağlarda görür.

Bu yağların başında isə trans yağlar gəlir.
Transyağ nədir, necə alınır, niyə təhlükəlidir.

Beləliklə, transyağların təsiri barədə araşdırmasını təqdim edirik.
Nədir transyağ?
Transyağ – süni yolla alınan modifikasiya olunmuş molekuldur, bu molekul marqarin və rafinə olunmuş yağların tərkibində olur. Hər bir tərkibində rafinə olunmuş yağ və marqarin olan qida məhsulunun içində bu molekul yaranır: hazır yeməklər, restoran qidaları, fast food, yarımfabrikatlar, tortlar, konfetlər, şokoladlar, şirniyyatlar, xəmir məmulatları
Hər şey insanlığın yağa tələbatının artması və qida sənayesinin bunu ucuz yolla ödəməsinin mümkün olmamasından sonra başladı. İşbazlar, sənaye nəhəngləri müasir, daha sərfəli, guya tərkibi yaxşılaşdırılmış bitki yağları istehsal etməyə başladılar, bu yağlar daha uzun müddət saxlanıla bilirdi.

Son olaraq trans yağlar – doymamış yağ növü icad edilib.
İlk belə yağın üzərində 1911-ci ildə işlər gedib. Belə yağ tərkibli ilk qidalar ABŞ bazarlarında aktiv satılırdı.

Müasir qida industiyası bütövlükdə trans yağların üzərində qurulub: o, ucuzdur, dadsızdır, qoxusuzdur, xarab olmur.

Dünya Səhiyyə təşkilatı neçə illərdir bu yağların qida məhsullarının tərkibindən birdəfəlik çıxarılmasını tövsiyyə edir, lakin heç bir qida nəhəngi buna məhəl qoymur.
Trans yağları insan orqanizmi həll etmir, qan onu daşıya bilmir, qaraciyər tanımır, damarlarda çöküntü yaradır. Ona görə neçə kilometrlərlə uzanan və bütün orqanları qan və oksigenlə təmin edən arteriyalar, venalar, hətta kapilyarlar da trans yağların əsirinə çevrilir.
Trans yağların orqanizmə sübut olunmuş zərərləri:
-İmmuniteti zəiflədir

-Süd verən qadınlarda südü azaldır

-Kişilərdə testosterini zəiflədir

-Ürəyin işemik xəstəliyi, ateroskleroz, magistral damarları tutur

-Görməni zəiflədir

-Piylənmə, diabet

-Stresə davamlılığı azaldır

Süfrəmizdəki trans yağlar
Məsələ təkcə marqarindən uzaq durmaqla bitmir. Bu siyahı çox uzundur və gündəlik qidamızda istər-istəməz var.
Siyahı ilə tanış olun:
-Keyfiyyətsiz, ucuz kərə yağı, buterbrod üçün yağlar, rafinə olunmuş bütün bitki yağları

-Ağ un məmulatları, ağ çörək

Həkimlər bildirir ki, Azərbaycanda damar tıxanmaları gəncləşib, indi 40 yaşından sonra damarı açıq, normal insan tapmaq çətindir.
-Südlü şokolad

-Dondurma

-Qaymaq

-Kremli desertlər

-Mağazada satıla bütün növ konditer məhsulları, şirniyyatlar

-Qəhvəyə qatılan quru qaymaq

-Kolbasa, sosis

-Quru şorbalar

-Dondurulmuş yarımfabrikarlar

-Mayones, ketçup, pendirli souslar

-İstənilən yağlı qida və ən yaxşı yağda hazırlanmış yemək mikrodalğalı sobada təkrar yüksək həddə qızdırılan kimi onun tərkibində transyağ əmələ gəlir. Dəfələrlə yeməyi isidib yemək buna görə zərərlidir

Təhlükəli hədd
Deyirlər insan orqanizmi üçün bu təhlükə sutkada 3-4 qram trans yağ qəbul etdikdə yaranır. Amma bu dəqiq deyil. Üstəlik kim bu həddi hesablayacaq? Kim dəqiq bilir ki, gün ərzində nə qədər trans yağ yeyib?
Etiketdə çox zaman bu yağ bitki yağı, marqarin, kulinar yağlar, früiter yağı kimi yazılır. Eləcə də peçenye, sous, vafli, kreker və ya qutuda hər hansı şirniyyatın üzərində “hidroqenirizə olunnuş”, “qismən hidrogenizə olunmuş yağ” sözünü görsəniz bilin ki, söhbət elə trans yağdan gedir.
Xilas olmaq mümkündürmü?
O halda ki, Dünya Səhiyyə Təşkilatı, Qida təhlükəsizliyi intitutlarının çağırış etdiyi kimi ümumilikdə qida sənayesindən bu yağ çıxarılsın. Bu isə yaxın gələcəkdə baş tutmayacaq. O zaman gərək bütün ərzaq məhsullarının qiynəti qalxsın, istehsal düşsün, mağazalar boşalsın.

Həkimlər bildirir ki, bir insan əgər trans yağdan imtina edib, tamamilə qəbul etməsə, onun orqanizmində olan bu yağ qalıqları 3 ilə təmizlənəcək. Bəs siz bu qədər ərzaqdan imtina etməyə hazırsızmı?

Özünüzə qadağa qoyun:
-Küçədə früterdə, bir qabda dağ edilmiş yağda saatlarla bişən ponçik, peraşki, şirniyyat, xəmir məmulatı, kartof fri, fast-fud yeməyəcəksiz

-Dondurulmuş qidalardan, asan hazırlanan tənbəl malı yarımfabrikatları almayacaqsız

-Ucuz yağ, mayonez, ketçupdan imtina

-yalnız təmiz süddən və yağdan hazırlanmış məhsullar axtaracaqsız




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir