film

Reallığa çevrilmiş texnologiyalar barədə 10 fantastik film

Baxış sayı: 841

Rejissorlar, ssenari müəllifləri və futuroloqlar kino çərçivəsindən çıxa bilməyən minlərlə ixtira düşünüblər. Lakin onlardan bəziləri illər keçkidən sonra real həyatımızın bir hissəsinə çevrilib. Təəcüblü görünsə də, siz gündəlik həyatda kimlərinsə ağlasığmaz ixtiralarından istifadə edirsiniz. Sizə texnoloji prosesi öncədən görə bilən 10 filmi təqdim edirik.

 

1.“Ülgüc üzərində qaçan” (1982)

Bu filmdə artıq bizə adi gələn videozəngləri görmək olur, bilbordlar isə dünyanın bütün paytaxtlarında var.

2. “Matrix: İnqilab” (2003)

Bu gün hamımıza ekzoskelet kimi tanış olan, bu filmdə göstərilən döyüş kostümləri tibb sahəsində geniş şəkildə istifadə olunur. Alimlərin tədqiqatları sayəsində elmdə yeni bölüm olan bionika və kibernetika yaranıb. Bu bölümlər insan bədənin hissələrini əvəz edə biləcək protezlərin yaradılması və tətbiqini araşdırır.

3. “Armageddon” (1998)

Planetləri araşdıran fəza robotları. 2014-cü ildə Philae adlı robot ilk dəfə kometin üzərinə eniş edəndə hamının yadına Maykl Beyin məhz bu fantastik filmi düşdü.

4. “Canlı polad” (2012)

Bu filmdə göstərilən robotların döyüşləri artıq həyatımızın bir hissəsidir. Bir çox şou artıq bu cür döyüşləri efirə buraxır.

5. “Ulduz döyüşləri: Gizli təhlükə” (1999)

Filmdə sərgilənən holoqrafik təsvirlər artıq müasir dünyada geniş şəkildə istifadə edilir. Onları şirkətlərin toplantısından tutmuş açıq havada geniş kütlə qarşısında çıxış edən dünya şöhrətli ulduzların konsertlərinə görmək olar.

6. “Taxt: İrs” (2010)

Günümüzdə artıq bu filmdəki kimi virtual reallığa gedə bilirik. Hal-hazırda bir çox oyunlar məhz bu istiqamətdə hazırlanır. Əminliklə dey bilərik ki, yaxın gələcəkdə biz filmlərə konoteatrlarda yox, virtual reallığın köməyi ilə canlı-canlı izləyə biləcəyik.

7. “Süni intellekt” (2001)

Hər il ötdükcə süni intellekt qabaqlar yalnız insanın bacardığı məsələləri daha yaxşı həll edir. Onlar artıq bizi şahmatda məğlub edir, təsviri incəsənət sahəsində yarışır və hətta məslhət görür.

8. “Ada” (2005)

Filmdə bəhs edilən klon məsələsi günümüzdə artıq yenilik deyil. Dolli adlı qoyun, Nuh adlı buzov, Çində yaradılan meymunlar – bunlar hamısı klondur. Şaiyələr gəzir ki, həmin Çin artıq insan klonu da yaradıb. Lakin etik normalara zidd olduğuna görə onlar bunu afiş etmirlər.

9. “Dəmir adam” (2008)

Toni Starkın sahib olduğu ağıllı evlər artıq reallıqdır. Düzdür hələ ki onlar oldquca bahadır. Amma belə getsə bir müddət sonra bir çoxumuz belə ev ala biləcəyik.

 

10. “Vanil səma” (2009)

Bu gün istənilən adam özünü kriogen vasitəsi ilə dondura bilər, lakin onun nə vaxt ayıla biləcəyi hələ ki alimlərə məlum deyil. Mütəxəsisslər bunun üzərində çalışır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir