efsane rusttemova

“Yeniyetmə arzuları” – “NATAMAM”

Baxış sayı: 1. 440

– Mən bütün fürsətləri qaçırmış biri kimi qarşınızdayam bu gün.  Bütün qapıları bağlanmış, bütün ümidləri qaranlıq… Yəqin ki, hamının həyatında məğlubiyyətləri olub. Hamının həyatında büdrədiyi-yıxıldığı vaxtlar olub. Anlayıram bunların hamısını. Amma mənim dərdim bu deyil. Dərd deməməliyəm bəlkə, özümə dərd etdiyim şey deyək… Darıxıram dr, qısqanıram, paxıllıq edirəm… Bu yaşda birinin etməməsi gərəkən hər şeyi edir, hər duyğunu yaşayıram. Niyə? deyə düşünürsünüz yəqin, nəyi çatmır görəsən deyə fikirləşirsiniz. Əminəm ki, sizin yanınıza silikonundan narazı adamlar da gəlib, həyatından da… Mənim narazı olduğum şeyi maraqla gözləyirsiniz, elə deyil?!

– (Dəyər görmək istəyir… Bu danışığın sonunun ora gedəcəyinə o qədər əminəm ki..)  Gülümsəyərək davam etməsinə şərait yaratdım…

– Mən sevmək, sevilmək, sığal-tumar, qucaqlanmaq istəyirəm. Bilirəm, indi məni qınayacaqsınız. Bu yaşda bir qadın üçün olduqca “yeniyetmə arzulardır”. Amma mən içimdəki o istəyi sakitləşdirə bilmirəm. Mənə hər salam verən adamın məni sevməsi üçün xüsusi səy göstərirəm, hər gələn yeni adamın məndə qalması üçün etməyəcəyim şey yoxdur. Bir müddət sonra dəyərsizləşəcəyəm, adiləşəcəyəm qorxusu ilə ilk başdan bütün vəd etiklərimi sərirəm ayaqları altına. Nəyin xətrinə məndə qala bilərsə deyə düşünüb o olmağa çabalayıram. Amma mən heyranlıqla gəlmiş adamın gözündə beş günə adiləşən bir qadın oluram fərqində belə olmadan. İndi ruhum yorğun, zehnim yorğundur. Nə yeni münasibət istəyirəm, nə yeni adam. Amma mən bilmirəm e, necə izah etməliyəm, bu məndən aslı olan bir duyğu deyil, dr. Bir müddət sonra elə bil gözüm kimisə axtarır. Başım məndən ixtiyarsız sağa doğru əyilir və mən o qoxunu axtarmağa başlayıram. Xahiş edirəm, yanlış anlamayın. Mən əxlaqsız qadın deyiləm. Normal bir ailədə böyümüş, işində-gücündə bir qadınm. Həyatda hər çəyinliyin öhdəsindən layiqincə gəlmiş, hər addımımın sonunda uğur qazanmış biriyəm, təhsilliyəm. Hər şeylə özüm baş edə bilirəm, bircə bu “aclıq” duyğumu basdıra bilmirəm. İnanın mənə, çox cəhd etmişəm. Amma alınmayıb. Elə düşünürəm ki, mən bir kişi olmadan xoşbəxtliyi yaşaya bilmərəm… O kişidən gözləntim də yoxdur əslində, sadəcə var olması, aid olmağım kifayət edir. Mən bu axtarışla 40 yaşıma 15 kişi təcrübəsi sığışdırmışam… Bilirəm, mənim haqqımda fikriniz çox pisdir, guya əxlaqsızlığın buynuzu olmur ki… Amma sizi necə inandırım bilmirəm, lakin məsələ duyğusal boşluqdur və mən bunu başqa heç bir hislə təlafi edə bilmirəm…  Yorğunam, mutsuzam, istədiyimi tapmadan həyatdan köçmək istəmirəm. Lakin bu axtarış məni zədələyir, həm insanlığımı, həm əxlaqımı… Baş barmağımdan qısa cinsiyyət üzvü olan kişiyə möhtac olmağım və onun da bunun fərqində olub məndən sui-istifadə etməsi… Özümü öldürmək istəyirəm o an… Hə, nə düşünürsünüz?! Mən əxlaqsızam ya xəstə?

– Ananız sizi sonuncu dəfə nə vaxt qucaqlayıb? (heç tərəddüd etmədən soruşdum, yanılma payımın olmadığına adım qədər əminəm. Əlbəttə ki, bu sualı heç gözləmirdi, için çəkib ağlamağa başladı. Həmin seansda o gün başqa bir söz istifadə olunmadı… Gələn dəfə qadının əminəm ki, danışacağı mövzu çox fərqli olacaq və o seansın tarixi çox da gec olmayacaq…

Təəssüf… Amma ilkin yetişmə dönəmindəki duyğusal boşluqlar sonradan doyumsuz insanların yetişməsi anlamındadır. “Qadınlar nə istəyir?” deyə uzun kitablar oxumaq yerinə nəvaziş duyğunuzu artırın. Çünki sizin göstərmədiyiniz nəvazişi o mütləq başqa birindən tələb edəcək. Yanındakı qadına sənə xəyanət etməsi üçün şərait yaratma.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir