sevgi

Evlilik sevgini öldürür?

Baxış sayı: 922

Həyəcan dolu görüşlər, qanad açan ürəklər, bir-birinə deyilən xoş sözlər… Evlilik, bal ayı, bəs sonra?

Psixoloq Fuad Əsədov ən çox düşündürən sualı – “Sevginin ömrü varmı?” sualını aşağıdakı kimi cavablandırdı:

“Çox vaxt gənclərin ən əsas problemlərindən biri sevgi ilə bağlı olur. Mənim bir psixoloq kimi ən çox eşitdiyim cümlə budur. “Əvvəl tanış olanda və ya sevgililik dönəmində çox yaxşı idi. Evlənəndən sonra aramızda sanki o elektrik yoxdur”.

Fuad Əsədov - İXTİSAS.AZ - İxtisas seçimi bələdçisi

Birincisi, sevginin verdiyi o elektrik hissi ilkin zamanlarda olur. Sonradan münasibət başqa bir müstəviyə daşınır. Buna dostluq, doğmalıq və s. deyə bilərik. Bu hislər daha üstün olsa da, sevgi qədər cəzbedici və xoş deyil.

Çünki sevgi məntiqsiz bir şeydir. Metafora etmirəm, həqiqətən də insan sevən zaman beynin məntiqi işlərdən məsuliyyət daşıyan hissəsinin aktivliyi azalır. Sevən zaman insana hər şey gözəl görünür. Amma həyatdakı heç bir şey bu qədər gözəl ola bilməz. Bir müddət sonra insan həqiqətlə üzləşir və bunun xəyal etdiyindən çox fərqli olduğunu görür. Bu daha çox evləndikdən sonra olur. Ona görə də sevgi bir məntiq xəstəliyidirsə, evlilik də onun müalicəsidi. Mehmet Sungur demiş, sevgi, xəyal edilənlə həqiqəti anlamaq arasında keçən müddətdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir