baliq

Evdə balıq qoxusunu yox etməyin YOLLARI

Baxış sayı: 719

Bəzi xanımlar balığı məhz evdə yaratdığı pis qoxuya görə bişirmirlər. Ləzzətli dadı ilə yanaşı, özündən sonra xoşagəlməz qoxu qoyan bu yeməyi daha ürək rahatlığı ilə hazırlaya bilərsiniz. Necə?

Beləliklə, xarici KİV-ə istinadən evdən balıq qoxusunu təmizləməyin üsullarını təqdim edirik:

Balığı bişirdikdən sonra sirkə və ya limon suyunu, dəfnə yarpağını, darçın çubuqlarını və mixəkləri bir qazana qoyun və qaynadın. Ağzı açıq qazandan yayılan ədviyyat qoxusu balıqdan heç bir iz qoymayacaq.

Əllərinizdə qalan balıq qoxusunu aradan qaldırmaq üçün dəmir və metal qaşıqla yuya bilərsiniz. Əllərinizi əvvəl sabunla , daha sonra isə hər hansı bir metalla yuyanda balıq qoxusunun yox olduğunu görəcəksiniz. Əllərinizi qəhvə tozu ilə ovuşdurmaqla da bu qoxudan qurtulmaq olar.

Balıq Qoxusunu Evdən Aparmağın Yolları – 1Arada.az

Balığı bişirdiyiniz qabı saxlamayın. Dərhal yuyun.

Balıq bişirərkən eyni zamanda qazın üzərinə vanilli su da qoyun. O qaynadıqca ətri mətbəxə yayılacaq və nəticədə balıq qoxusu evə yayılmayacaq.

Balıqları qızardığınız qaba bir neçə limon dilimini qoysanız, balığın qoxusunun çıxmamasını təmin edəcək.

Ətirli bir şam yandırmaq, mətbəxinizdə balıq bişirəndə pis qoxuların yayılmasının qarşısını alacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir