et

Ət yeməyən insanlar koronavirusa yoluxmur? – ARAŞDIRMA

Baxış sayı: 785

6 ölkədə aparılan araşdırmanın nəticələrinə görə, qırmızı ətdən imtina edib faydalı bitki, meyvə və tərəvəzlərlə qidalanan insanların COVID-19-u ağır keçirmə riski 73, peskatarianların (balıq xaric bütün ət məhsullarından imtina edənlər) 59 faiz daha aşağıdır. Araşdırmalar göstərib ki, insanların xəstəliyi ağır, orta ağır və ya yüngül keçirməsi həm də qidalanma tərzi ilə birbaşa əlaqəlidir.

Bu barədə həkim Suat Erus məlumat verib.

O bildirib ki, nəticələr təəccüblü deyil, çünki bizi yaxşılaşdıran dərmanlar da bitkilərdən hazırlanır. Science Focus” jurnalının xəbərinə görə, sözügedən araşdırma Almaniya, Fransa, İtaliya, İngiltərə və ABŞ-da aparılıb. Bildirilib ki, aşağı karbonhidrat və yüksək proteinlə qidalananların COVID-19-u şiddətli keçirmə riski qırmızı ət yeməyənlərlə müqayisədə 4 dəfə artıqdır.

Araşdırma müəlliflərindən epidemioloq Hyunju Kimin sözlərinə görə, COVID-19-dan qorumaq üçün bitki mənşəli qidalanmaya keçməyə dəyər.

Reanimasiyada çalışan tibb bacısı Simge Özüm Aslan bildirib ki, uzun müddət kovid xəstələri ilə işləməsinə baxmayaraq, koronavirusa yoluxmayıb: “Böyük bir xəstəxanada reanimasiya şöbəsində tibb bacısı işləyirəm, dörd ilə yaxındır ki, sağlam qidalanıram. Peyvənd vurdurmuşam və antikorum var. Amma dəfələrlə təmas etməyimə baxmayaraq, COVID-19 olmadım. Virus bizi çox sevmir”.

Həkim Suat Erus araşdırma haqqında fikirlərini belə ifadə edib: “Bu tip araşdırmalar çox dəyərlidir. Televiziyaya çıxıb kəllə-paça suyunun faydalı olduğunu deməkdənsə, “Sən nə yedin” sualını vermək daha məntiqlidir. Ölkələrin qidalanma tərzi çox müxtəlif olmasına baxmayaraq, görürük ki, ət az yemək bizi virusdan daha çox qoruyur. İşin gülməli tərəfi odur ki, COVID-19 insanlara heyvanlardan yoluxduğu deyilir. Bizi bundan qoruyan da bitkisəl qidalanmadır. Hə zamankı kimi, bu, bir sürpriz deyil. Bizi yaxşılaşdıran dərmanlar bitkilərdən hazırlanır. Bu müddətdə C vitamini, sink, beta qlukan istifadə etdik. Bunlar bitkilərdə də var. Sağlam qidalananda bunlara gərək qalmır. Bundan başqa araşdırmada görülüb ki, bu insanlar virusu daha yüngül keçirib. Peyvəndlərlə belə 100 faiz qorunmaq mümkün deyil”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir