AILE

Uşaqlar üçün yay tətilini necə səmərəli keçirmək olar?

Baxış sayı: 698

Fotoalbom düzəldin

Səyahət zamanı ətrafında olan hər şeyin şəklini çəkin, hətta uşağı da buna təşviq edin. Ən yaxşı şəkilləri müvafiq alboma əlavə edin. Şəkillərin üzərində tematik qeydlər aparın, şəkil barəsində xaitərlərini və təəsüratlarını yazın. Məsələn, heyvanxanada olmusunuzsa, gördüyünüz bütün heyvanların adlarını və onlar barəsində maraqlı faktları yadınıza salın.

 

Kolleksiya edin

Həyətdə bir çox maraqlı əşya tapmaq olar: qeyri-adi formaya sahib daşlar, yarpaqlar, otlar və digər təbii materiallar. Onları yığıb bir qutuya qoyun.

Bunun üçün yumurta qabı əla olur. Uşaqla birlikdə tapdığınız daşın və digər əşyaların adını öyrənin, onları kateqoriyalar bölün, qeydlər aparın.

Eksperiment aparın

Sadə elmi təcrübə aparın. Fərqli ölçüyə malik buz parçaları düzəldin, taymeri işə sal və onların hansı müddətdə əridiyini öyrənin.

Tasa su doldurun, hansı əşyaların suyun üzərində duracağını, hansıların isə batacağını birlikdə öyrənin.

Bəs yaxşı, kağız parçasını günəşli altında bir neçə gün saxlasanız nə baş verəcək? Yayda çoxlu və sadə eksperimentlər düşünmək olar.

 

İxtira edin

Böyük ixtiralar vacib məsələnin həlli zamanı baş verir. Yayda isə problem çoxdur: isti hava, ağcaqanadlar, yağışlar və s. Uşağa bu problemlərdən birini həll edəcək ixtiranı tapmağı təklif edin. İdeya olduqca mürəkkəb və qeyri-real görünə bilər. Lakin bu problem deyil.

Birlikdə konstruksiya və onun iş mexanizmi barəsində düşünün, sonra isə modeli ya qələmə alın, ya da hazırlayın.

 

Bəlkə də uşağının ideyası dünyanı dəyişəcək?

valideyn

Yemək hazırlayın

Uşaqla birlikdə hansısa yay yeməyi hazırlayın. Məsələn, dondurma. Hazırlama zamanı uşaq reseptləri oxuyaraq, oxuma və sayma bacarıqlarını məşq etdirəcək və instruksiyaya dəqiqliklə riayət etməyi öyrənəcək.

Bu mütləq yeməli bir şey olmamalıdır. Məsələn, qumdan qurabiyə, quru yarpaqlardan çips və s. hazırlamaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir