sevgi

Əsl kişi necə olmalıdır? QADINLARIN MÖVQEYİ

Baxış sayı: 788

Tez-tez qadınların söhbətində “əsl kişi” kəliməsini eşitmək olar.

Bəs yaxşı o necə olmalıdır? Bu olduqca mübahisəli və maraqlı sualdır. Hər bir qadın heç olmasa bir dəfə bu barədə düşünüb.

Zərif cinsin əksər nümayəndələrinin əsl kişi barəsində öz təsəvvürləri var. Onların “əsl kişidə” görmək istədiyi əsas keyfiyyətləri sizə təqdim edirik.

 

1) Müstəqillik

Müstəqillik güclü insanın keyfiyyətidir. Bu olğun, formalaşmış şəxsiyyətin göstəricisidir. Zəif insan bunu edə bilmir. Müstəqillik kişini maliyyə, material və digər məsələlərdə azad edir. Əsl kişi həmişə qərarları tək verir, heç kimə ümid bağlamır və ətrafdakıların düşüncəsindən qorxmur. Bunun üçün isə özünə əmin olmalısan.

2) Məqsədinə çatmaq bacarığı

Əsl kişinin şəxsi, dəqiq həyat məqsədləri olmalıdır. Əsas da, o qarşısına qoyduğu məqsədə çatmalıdır. Bu özünü göstərmək yox, özün olmaq üçün lazımdır.

Özünü reallaşdırmaq üçün kişi hərəkət etməyə hazır olmalıdır. Qorxmamalıdır, çətinliklər onu durdurmamalıdır. Məğlubiyyətdən sonra ayağa qalxıb məqsədinə doğru getməlidir.

3) Məsuliyyət

Kişi gərək qohumları və yaxınları qarşısında məsuliyyət daşıya, ev problemlərindən qaçmaya. Ev yığışdırmaq, köynəyi ütüləmək, uşağı bağçadan götürmək onun üçün adi olmalıdır.

Əsl kişi qərarları özü verir və heç kimin boynuna atmır. O verdiyi sözləri unutmur, həmişə onları yerinə yetirir, əməllərinə görə cavab verir, özünü və ailəsini dolandıra bilir.

4) Pis vərdişlərin olmaması

Əsl kişi spirtli içki içmədən də həzz ala bilir. O, qohumlarının və dostlarının arasında əla vaxt keçirir. Həmçinin belə insan öz sağlamlığına dəyər verir və bilir ki, pis vərdişlərdən yaxşı bir şey çıxmır.

5) Ətrafdakılara hörmət

Əsl kişi nəinki qadınlara, ətrafdakı bütün insanlara hörmətlə yanaşır. O, hətta xidməti personalın nümayəndəsi kobud cavab verməz.

O həmişə diqqətlə həmsöhbətinə qulaq asır. Ailə üzvlərinin, dostlarının, həmkarlarının fikirlərinə hörmət edir.

6) Köməyə gəlməyə hazır olmaq

Eqoizm və yalnız özü üçün yaşamaq kişiyə xas olmayan davarnışdır. Hər bir qız həmişə köməyə gələcək, qayğısını çəkə biləcək insanla ailə qurmağı arzulayır. Əsl kişi blir ki hər bir əməl bumeranqdır. Yaxşı həmişə qayıdır.

7) Səhvlərini etiraf etmək bacarığı

Atalar sözü deyir ki, “heç nə etməyən, səhv etmir”. Səhv insana xas olan bir anlayışdır. Səhv etməyən insan yoxdur. Əsas odur ki, onu etiraf edəsən və dərs çıxarasan. Səhvlər və məğlubiyyətlər kişini bərkləşdirir, güclü edir, təcrübə qazandırır.

8) Öz gücünə əminlik

Özünə əmin olmaq, hər kəssin bacarmadığı mühüm amildir. Belə kişilər ən riskli və mürəkkəb layihələrə l atır. Əsl kişi heç vaxt çətinliyin qarşısından qaçmaz.

9) Mədəniyyət və tərbiyə

Yaxşı tərbiyyə əsl kişinin göstəricilərindən biridir. Bu həyatın hər sahəsinə aiddir. Çünki tərbiyə həm də dərrakənin göstəricisidir.

 

10) Özü ilə fəxr etmək

Əsl kişi özü və həyatı, xarici görünüşü, bacarığı və mədəniyyəti, əməlləri və nailiyyətləri ilə fəxr etməlidir. Ətrafdakıların ona münasibəti məhz bundan asılıdır.

11) Sərtlik

Sərtlik – həm çətinlikləri aşmaq, həm də öz maraqlarını qorumaq bacarığıdır. Kişi ailənin firavanlığı üçün çalışmalıdır. Bəzən bunun üçün güclü xarakter, dəmir iradə və tərslik tələb olunur. Çünki yalnız güclü insan çətin qərar verə və öz fikrini müdafiə edə bilər.

12) Uşaqları üçün etalon

Uşaqlar valideynlərinə çəkir. Əsl kişi öz davranışı ilə uşaqları üçün etalon olmalıdır. Öz əməlləri və tövsiyyələri ilə onlara iradə, sərtlik, başqalarına hörmət və s. kimi keyfiyyətlər aşılamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir