yangin

Dünyanın ən böyük yanğınları – FOTOLAR

Baxış sayı: 570

Bir ölkənin başına gələ biləcək ən pis fəlakətlərdən biri də yanğınlarıdı. Bildiyimiz kimi dost ölkə olan Türkiyədə meşə yanğınları davam edir. Yanğınlar söndürülməyə və nəzarət altına alınmağa çalışır. Bu yanğınların necə başladığı isə hələ də tam məlum deyil. Tarix boyu meşə yanğınları həmişə baş verib. Bir çox rayonlar, şəhərlər dağılıb. Bəs dünyanın ən böyük meşə yanğınları hansılardır ?

Beləliklə, sizə dünyada baş vermiş ən böyük yanğınları təqdim edirik.

 

Çikaqo yanğını 

Böyük Çikaqo Yanğını olaraq da adlandırılan bu yanğın 8 oktyabr 1871-ci ildə baş verib. 2 gün davam edən, şəhərin  cənub-qərb tərəfində, Patrik və Katerina malikanəsindəki tövlədə başlayan yanğına bir inəyin səbəb olduğu iddia edilir.
Hadisə zamanı 300 nəfər həlak olub, 100 min insan evsiz qalıb. 17 mindən çox bina dağılıb. Ölkəyə təxmini 200 milyon dollar ziyan dəyib.
Böyük Alov Kanada 

1919-cu ildə Kanadanın Edmonton şəhərinin şimalında başlayan meşə yanğınında 5 milyon hektar tamamilə yararsız hala düşərək məhv olub. Yüzlərlə insan evlərini itirib. 11 nəfər isə həlak olub.

Qara cümə

13 yanvar 1939-cu ildə Avstraliyanın Viktoriya ştatında quraqlıq və güclü külək tarixin ən böyük yanğınlarından birinə səbəb oldu. Təxminən 5 milyon hektar torpaq sahəsi yanıb. 71 nəfər həyatını itirib. Bu yanğın həmçinin su ehtiyatlarına da mənfi təsir göstərdi.

Sibir Tayqa yanğını, Rusiya 

2003-cü ildə baş vermiş bu yanğın palıd ağaclarının məhv edilməsi kimi də yaddaşlarda qalıb. Sibir tayqalarının yanması ilə 47 milyon hektar meşə yanaraq kül oldu. Peyk görüntülərində bütün Avrasiyanın tüstü altında qaldığı görülürdü. Bu yanğın həmçinin, ozon təbəqəsinin tükənməsində də böyük rol oynayıb.

2004 Taylor Kompleks Yanğını, ABŞ

Alyaskada başlayan bu yanğın tam 1 milyon 300 min ərazinin yanaraq kül olmasına səbəb olub.
2010 Boliviya Meşə Yanğını

18 avqust 2010-cu ildə meydana gələn yanğın zamanı 1.5 milyon hektar meşə yanıb. Boliviya höküməti bu yanğının öhdəsindən gələ bilmədiyi üçün Braziliya və Argentinadan kömək istədi. Daha sonra su təyyarələrinin köməyi ilə yanğının qarşısı alınıb. Ancaq buna baxmayaraq, həmin il əlavə olaraq daha 47 mindən  yanğın baş verib.
Kanada yanğınları

2014-cü ildə Kanadanın şimal-qərbində dəhşətli yanğın baş verdi. Birdən çox ərazidə eyni zamanda başlayan yanğınlar 3.5 milyon hektar ərazi məhv edildi. Daha sonra açıqlamalarda hətta bu rəqəmin 8.5 milyon olduğu bildirildi. ABŞ-ın bəzi əyalətləri və bir neçə Avropa ölkəsində hava kirliliyinin də artmasına çox böyük təsiri olmuşdu.
Avstraliya meşə yanğınları 

Keçdiyimiz illərdə bütün dünyanın diqqəti Avstraliyada baş vermiş meşə yanğınlarında idi. 2019-cu ilin iyun ayınında başlayan yanğın 240 gün davam etdi. Təxminən 8 milyon hektar ərazi yanıb kül oldu. 2500-dən çox bina yararsız hala düşdü. 28 nəfər həyatını itirdi. 1.1 milyarddan çox heyvan isə öldü.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir