Artıq çəkidən azad olmaq üçün son illər mədəkiçiltmə əməliyyatına üstünlük verilir. Əməliyyatdan sonra ideal çəkini qorumaq üçün bəzi məqamlara diqqət edilməlidir.
Beləliklə, mədə əməliyyatından sonra əməl olunmalı vacib məqamları təqdim edirik:
Sağlam qidalanma vərdiş halına gətirilməlidir
Bariatrik əməliyyatdan sonra əməl edilməli ilk vacib məqam sağlam qidalanmağı vərdiş halına gətirməkdir. Bu səbəblə 3 əsas yemək və 2-3 qəlyanaltı zamanında qəbul edilməlidir.
Kifayət qədər su içmək
Əməliyyatdan sonra yarana biləcək yorğunluq və qəbizlik kimi halların qarşısını almaq üçün su istehlakına diqqət yetirilməlidir. Bunun üçün gündə ən az 2-3 litr su içmək lazımdır.
Kofein və qazlı içkilərdən uzaq olun
Bariatrik əməliyyatdan sonra ən vacib problemlərdən biri maye itkisidir, yəni susuzluqdur. Çay, qəhvə və qazlı içkilər halsızlıq, yorğunluq, baş ağrısına səbəb ola bilər.
Proteinlərə xüsusi diqqət edilməlidir
Protein əməliyyatdan sonrakı dönəmdə ən vacib qida mənbəyidir. Əməliyyatdan sonra mədə həcminin azalması ilə bu ehtiyacı ödəmək bir qədər çətindir. Bu səbəbdən yeməkdə qəbul etdiyiniz protein lazımi ehtiyacınızı ödəmirsə, o zaman meyvə- tərəvəzə üstünlük verin.
Yuxu rejimi önəmlidir
Bariatrik əməliyyatdan sonra yorğun hiss etməyinizin digər vacib səbəbi yuxusuzluqdur. Gündə ən az 7-8 saat yatmaq sağlam kilo vermək üçün çox vacibdir.