zorakiliq

Rəsmi kağızlara hopmayan ailə “dedovşinası”

Baxış sayı: 645

Dünyada olduğu kimi ölkəmizdə də məişət zorakılığı ən ağrılı problemlərdən biridir. Onunla mübarizə aparmaq asan deyil, amma zəruridir və bu mübarizə kompleks şəkildə həyata keçirilməlidir. Keçmişdə başına gələn bütün dəhşətləri geridə buraxmaq və normal bir həyat sürmək üçün zərərçəkənlərin reabilitasiyaya ehtiyacı var. Qeyd edək ki, bu mübarizə zamanı zərərçəkənlərlə yanaşı təcavüzkarlarla işləmək də eyni dərəcədə vacibdir, çünki əks təqdirdə onlar etdiklərini təkrarlaya bilərlər.

Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Məişət Zorakılığının Qarşısının Alınması üçün Milli Fəaliyyət Planı hazırlayıb ki, ona əsasən, məişət zorakılığı törədənlər məcburi reabilitasiyaya cəlb oluna bilər. Lakin bunun üçün ölkə qanunvericiliyinə bir sıra düzəlişlər etmək lazım gələcək.

Dövlət Komitəsindən mətbuata verilən məlumata görə, təkcə zərərçəkənlərlə deyil, günahkarlarla da işləmək lazımdır. Komitədə hesab edirlər ki, bu yol gələcəkdə belə hadisələrin qarşısını almağa kömək edəcək. AQUPDK bir insanın əl qaldırmasına və ya ailə üzvlərini sistematik şəkildə terror etməsinə səbəb olan uşaqlıq dövrünün psixoloji travmalarını müəyyən edə biləcək mütəxəssislər hazırlamaq niyyətindədir.

Psixoanalitik:

Psixoloq Eldar Haqverdi deyir ki, bu təcrübə bəzi ölkələrdə tətbiq olunub: “Reabilitasiya kursu dərman, alkoqol təsiri altında ətrafa, yaxınlarına şiddət göstərən insanlara tətbiq edilməlidir. Bunun üçün xüsusi proqramlar var. İnsan özü istəmədiyi halda dəyişməyəcək və çox mümkündür ki, reabilitasiya kursu keçənlərin də müəyyən faizi öz köhnə şakərinə qayıtsın. Amma reabilitasiya prosesində iştirak edəcək insanların da bəziləri müsbət nəticələrə nail olacaqlar. İnsanın başqalarına və özünə verə biləcək zərərləri minimuma endirmək vacibdir. Deyək ki, əgər bir narkomandan danışırıqsa, onun müalicəsi zamanı əvəzedici terapiyadan istifadə etmək olar”.

Nədənsə asılılığı olmayan təcavüzkarlarla işləmək barədə danışan psixoloq bildirib ki, təcavüzün səbəbi şiddəti inkişaf etdirən və ya gender ayrıseçkiliyi mövcud olan bir mühit də ola bilər: “Bu vəziyyətdə, bir psixopatın təcavüz hərəkətləri haqqında deyil, ətraf mühitin ona diktə etdiyi davranış qaydaları haqqında danışmaq daha düzgün olardı. Məsələn, elə ailələr var ki, onlar qadının evə bir az gec gəlmək, icazəsiz evdən çıxmaq hüququna malik olmadığına inanır və belə hal baş verdikdə, ailənin kişi hissəsi – ər, ata və ya qardaşı o qadına qarşı fiziki zor tətbiq edə bilər. Bu cür insanlarla işləmək lazımdır ki, onlar belə davranışın yolverilməz olduğunu başa düşsünlər. Belə hallarda, reabilitasiya haqqında deyil, davranışın korreksiyası haqqında söhbət gedir. Təcavüzkarlarla işləməkdə sosial işçilər, psixoloqlar və həmçinin psixiatrlar iştirak etməlidirlər, çünki davranışlarının psixi pozğunluq mənşəli olmadığına dair heç bir zəmanət yoxdur”.

 Эльдар Зейналов: люди ни за что не смогут уложиться в определенный ...

Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov isə bildirir ki, təcavüzkarların planlaşdırılmış reabilitasiyasına, yalnız onların xüsusiyyətlərini biləndən sonra başlamaq olar: “Axı, çox zaman məişət zorakılığında günahkar olan şəxs əqli xəstə və hətta cinayətkar kimi davransa da, bu, onun mütləq psixi xəstə, qeyri-adekvat insan və sadist olması anlamına gəlmir. Məişət zorakılığı probleminin kökü çox vaxt gender bərabərsizliyi zəminində ailə münasibətlərinə xüsusi diqqət ayıran ənənələrə söykənir. Sovet dövründə “keçmişin qalıqları” ilə mübarizə aparıldığı söylənilsə də, bu qalıqlar gizlənə və sağ qala bildilər”.

Hüquq müdafiəçisinin sözlərinə görə, yanlış tərbiyə edilmiş insanlara, xüsusən həbsdə olduqları təqdirdə nələrisə izah etməyə cəh edilə bilər: “Ancaq hökumət də gərək birmənalı şəkildə məişət zorakılığına səbəb olan bu “ev qurma” ənənələrini pisləsin. Amma məişət zorakılığı ilə bağlı məhkəmə təcrübəsinin də göstərdiyi kimi, problemlər hələ də mövcuddur: məişət zorakılığı ilə bağlı çox az sayda müraciət məhkəməyə qədər gəlib çatır”.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir