ay

Yayı “yola salma” mərasimi – “quyruq donma”, yaxud “quyruq doğma”

Baxış sayı: 741

“Quyruq donması” və ya “quyruq doğması” ifadələri alternativ şəkildə anlaşılmamalıdır. Hər ikisinin qaynağı xalqın təcrübəsində əsrlərlə toplanan biliklərdir və hər ikisi təbiətdə, iqlimdə, mövsümdə baş verən dəyişikliyi göstərir. Hər ikisini doğru hesab edirik”.

Bu fikirləri AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil deyir.

Binəqədi Rayon İcra Hakimiyyətində “Novruz: Ənənə və Müasirlik” mövzusunda “Məlumat saatı” keçirildi. - Xəbərlər - BİNƏQƏDİ RAYON Icra Hakimiyyəti

O bildirir ki, ənənəvi təcrübəyə görə, avqustun ortalarında heyvanlarda “quyruq donması” baş verir:

“Burada donma müəyyən qədər sərtləşmə ilə müşayiət olunan fizioloji proses kimi izah olunur. Qoyunçuluqla məşğul olan insanlar bu hadisəni müşahidələri əsasında təsdiqləyirlər. Dəyişiklik eyni vaxtda təkrarlanıb və bu mövsüm daxili iqlim dəyişməsi kimi yaddaşlarda yaşayaraq günümüzə qədər gəlib çatıb. Tərəkəmə qoyunun quyruğundan yayın şiddətli istilər dövrü bitdiyini müəyyən etmək olub”.

Folklorşünas “quyruq doğması” anlayışının isə astroloji amillə bağlı olduğunu bildirir:

“Bu görüşü əks etdirən xalq biliklərində daxili hava hərarətinin dəyişməsi avqustun ortalarına aid edilir. Hər il avqustun ortalarında quyruqlu bir ulduzun doğması müşahidə olunub. Əlimizdə olan folklor materialları bunu təsdiqləyir. ”Quyruq donması” və “quyruq doğması” eyni vaxtı göstərən meteoroloji folklor məlumatıdır”.

İlin bu periodu ilə bağlı mərasimlərə gəlincə, folklorşünas maraqlı bir məqama toxunub. O bildirib ki, dünya xalqlarının ənənəvi biliklərində avqustun ortaları müəyyən mərasimlərlə qeyd olunub:

“Slavyan xalqlarında ”alma xilas” mərasimi avqustun 17-nə təsadüf edir. Ənənəvi olaraq bu tarixdən sonra alma dərməyə icazə verilir.  Bizim ənənəvi mədəniyyətimizdəki “quyruq donması” və “quyruq doğması” hadisələri ilə bağlı xalq mərasimləri arxaikləşib və unudulub. Qışın sərt soyuqlarını yola salmağa sakral dəstək ifadə edən “çilə mərasimləri” kimi yayın şiddətli istilərindən xilas olma ilə bağlı mərasimlər də olub. Bizə bu mərasimlərin yalnız meteoroloji proqnozla bağlı məlumat hissəsi gəlib çatıb”.

Xalq təcrübəsi təsdiq edir ki, avqustun 15-dən sonra şiddətli istilər dövrü bitir və hava nisbətən sərinləməyə başlayır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə bildirir ki, avqustun ikinci yarısında zaman-zaman yüksək temperatur qeydə alınsa da, bu hal hər il üçün səciyyəvi deyil:

“Bu ilin avqust ayında havanın temperaturu ayın 1-dən 18-dək orta hesabla 5 dərəcə yüksəkdir. Bu, 2010-cu ildən sonra avqust ayında ikinci davamlı isti hava dalğasıdır. Həmin il isti hava dalğasının davamlılığı 24 gün davam edib.

İqlimin nisbətən sabit dövrü kimi səciyyələnən 1961-1990-cı illərdə avqust ayının üçüncü ongünlüyündə ayın əvvəli ilə müqayisədə orta sutkalıq temperatur 1 dərəcəyədək aşağı olub. Lakin son onilliklərdə yay fəslində maksimal temperaturun daha çox yüksəlməsi avqust ayında qeydə alınır”.

Umayra Tağıyeva əlavə edir ki, avqust ayının 23-dək temperatur rejimində nəzərəçarpacaq dəyişiklik gözlənmir.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir