qorxu

Qəribə və gülməli fobiyalar

Baxış sayı: 865

Çoxlarına adi gələn şeylər bəzi insanları sözün əsl mənasında qorxudur. Ağlınıza belə gəlməyən qəribə və gülməli fobiyalarla tanış olmaq istəyirsinizsə, yazımızı sona qədər oxuyun.

 

Qohum fobiyası  

Sinqenezofobiya

Çoxlarına qəribə, hətta mədəniyyətsizlik kimi gələn bu qorxunun adı sinqenezofobiyadır. Belə adamlar qohumlarla görüşmürlər, onlardan maksimal uzaq qalmağa çalışırlar. Qorxu özünü fiziki şəkildə arterial təzyiqin qalxması, ürək döyünməsinin artması, göz bəbəklərinin genişlənməsi, əllərdə və ayaqlarda əsmə ilə göstərir.

Pendir fobiyası  

Turofobiya

Turofobiya adlanan bu gülməli fobiyadan əziyyət çəkən insanlar gördükləri bircə dilim pendirdən belə qaçırlar.

Gözəl qadın fobiyası

Kaliqinefobiya

Kaliqinefobiya adlanan bu fobiya növü daha çox yeniyetmələr və kişilərdə rast gəlinir. Xüsusilə də qeyri-ənənəvi oriyentasiyaya malik kişilərdə.

Pul fobiyası 

Xrometofobiya

Ən qəribə və gülməli qorxulardan biri olan pul fobiyasının adı xrometofobiyadır. Bəzi alimlərə görə bu qorxu mikroblarla bağlıdır. Puldan qorxan adamlar pul əvəzinə bank kartı istifadə edirlər.

Udqunma fobiyası

Bu fobiya nevrozun növlərindən biri olub, bərk qida ilə boğulmaq qorxusu ilə bağlıdır. Udqunma qorxusundan əziyyət çəkən insanlar çox vaxt yumşaq və sulu qidalar qəbul edirlər.

Oturmaq fobiyası

Katisofobiya

Katisofobiya zamanı insanlar oturmağa hazırlaşanda narahat olur, çətin nəfəs alırlar, hətta tərləyirlər. Bu fobiya adətən travmatik bir hadisənin və ya cəzanın nəticəsi olaraq meydana çıxır.

Kağız fobiyası 

Papirofobiya

Bu insanlar kağıza toxunmaqdan, kağız cırılmasından qorxurlar. Onları hətta əzilmiş, yaş kağız qorxudur. Normal yaşamağa imkan verməyən papirofobiya adlanan bu qorxunu müxtəlif dərman preparatları və psixoterapevtik üsullarla müalicə edirlər.

Keçəl fobiyası

Peladofobiya

Əgər keçəl adam görəndə sizdə panika yaranırsa, siz böyük ehtimalla peladofobiyadan əziyyət çəkirsiniz. Səbəb adətən uşaqlıqdan gəlir və ya genetikdir.

Saç fobiyası  

Trixofobiya

Keçəl fobiyasının tam əksi olan saç fobiyasının adı trixofobiyadır. Trixofobiyadan əziyyət çəkən insanlar saçlardan sözün əsl mənasında iyrənirlər. Onlar kiminsə üzərində tük görəndə, darağın üzərində saç görəndə ürək bulantısı keçirir, hətta ağlamaq və qışqırmaq istəyirlər.

Güzgü fobiyası   

Spektrofobiya

Digər adı spektrofobiyadır. Güzgüdən qorxan insanlar güzgüyə baxmaqdan qorxurlar. Psixoloji travma alan bu insanlar inanırlar ki, güzgüdə ruh görüblər. Başqa səbəb isə güzgü səhnələri olan qorxulu filmlərdir.

Uzun sözlər fobiyası   

Özü kimi adı da uzun olan bu fobiyadan əziyyət çəkən insanlar uzun sözlər görəndə ürək bulantısı və qorxu keçirir, təngnəfəs olurlar, nəbzləri sürətlənir. Bu fobiyanın adı hippopotomonstroseskippedalofibiyadır. Qısa olaraq seskippedalofibaya adlanır.

Yuyunma fobiyası

Ablutofobiya   

Ablutofobiyalı insanları yuyunma, çimməklə bağlı olan hər şey inanılmaz qorxudur. Nadir fobiyalardan olsa da, insanın normal həyat yaşamasına ciddi problemlər yarada və hətta ağır tibbi vəziyyətlərə gətirib çıxara bilir.

Sarı rəng fobiyası    

Ksantofobiya

Bu fobiya ilə bağlı maraqlı faktlar var. Bəzi ölkələrdə, məsələn, Çində sarı rəngdən ona görə qorxurdular ki, vaxtilə sarı rəngli şərfləri imperatorun əmri ilə özlərini öldürməli olan adamlar taxırdılar.

Hazırda əhalinin 5%-i ksantofobiyadan, yəni sarı rəng qorxusundan əziyyət çəkir. Fobiyanın səbəbi, adətən bu rənglə bağlı keçirilmiş hər hansı psixoloji travma göstərilir.

Diz fobiyası 

Nadir fobiyalardan olan qenufobiya zamanı insan açıq dizləri görəndə qorxur, bəziləri isə dizləri açıq şəkildə foto belə çəkdirmirlər. Qenufobiyadan əziyyət çəkən insanlar idmanla məşğul olmurlar və onları intim həyatlarında problemlər olur.

Qonaqlıq fobiyası

Deypnofobiya

Hündürlükdən qorxma qədər geniş yayılan bu fobiyanın adı deypnofobiyadır. Belə insanları qonaqlıqlar, yemək masası ətrafında söhbəti düşünmək belə qorxuya və panikaya salır.

İş fobiyası

Erqofobiya

Əgər siz səhər işə gedəcəyiniz üçün rahat yata bilmirsinizsə, əsəbi şəkildə zəngli saatın çalmasını gözləyirsinizsə, səhərki iş gününü düşünəndə sizi soyuq tər basırsa, deməli, erqofobiyadan əziyyət çəkirsiniz.

Belə insanlar məsuliyyətdən qorxur və qərar verə bilmirlər. Onu da qeyd edək ki, erqofobiyanın tənbəlliklə heç bir əlaqəsi yoxdur.

Telefonsuzluq fobiyası   

Nomofobiya

Statistikaya əsasən Böyük Britaniya əhalisinin yarısı nomofobiyadan əziyyət çəkir. Nomofobiya telefonsuz qalmaq qorxusudur. Telefon enerjisinin azalması, telefonun itməsi, siqnalın itməsi bu insanları panikaya salır. Dünyada 25%-dən yuxarı yaşlı və 55%-dən yuxarı cavan insanlar telefonsuz qalmaqdan, əlaqəni itirməkdən qorxular.

Dəlik fobiyası

Tripofobiya

Kiçik dəliklər, hətta süngərdəki kiçik dəliklər belə insanı qorxuda bilir. Bu fobiyanın adı tripofobiyadır. Dəlikləri görəndə belə insanlar ürəkbulanma, qaşınma, hətta panik atak belə keçirə bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir