Antibiotik

Antibiotiklər ömür müddətinə necə təsir edir?

Baxış sayı: 630

Ömrünüz yalnız antibiotiklərin özündən deyil, həm də bir insanın onları necə qəbul etməsindən də təsirlənir.

Bunu avstraliyalı alimlər Cell Reports jurnalında dərc olunan məqalələrində qeyd ediblər.

Flinders Universiteti, Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqatçıları bu qənaətə gəlib ki, antibiotik qəbul etdikdən sonra bağırsağı yenidən dolduran mikrobioma növü ömrü qısaldır. Tədqiqat siçanlar üzərində aparılıb. Qeyd olunub ki, sağlam heyvanlarda antibiotiklərin uzunmüddətli təsirini öyrənmək üçün bu, aparılan tip ilk təcrübi işdir.

“Antibiotiklərin erkən yaşlarda istifadəsi nəticəsində bağırsaq mikrobiomunun necə dəyişdiyini siçanlarda izlədik. Gördük ki, antibiotiklərə uzun müddət məruz qalan bağırsaq mikrobiomunun növ müxtəlifliyi xeyli tükənib, əvəzində bağırsaqlarda mikrob “yuvaları” meydana gəlib. İlk növləri şərti olaraq PAM I və PAM II adlandırılıb” , – tədqiqat rəhbəri professor Devid Linn bildirib.

Antibiotiklərin təsiri ilə siçanlarda metabolik disfunksiya, həmçinin qanda, qaraciyər və beyin də daxil olmaqla bir çox fərqli toxumalarda iltihab əhəmiyyətli dərəcədə yüksəlib, insulin müqavimətinin artdığı qeydə alınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir