dondurma

Qatıqlı dondurma necə hazırlanır?

Baxış sayı: 731

Lazım olan ərzaqlar

3 stəkan qatıq

1,50 stəkan şəkər tozu

2 ədəd limon qabığının rəndəsi

2 ədəd limonun suyu

istəyə görə qoz, fındıq, badam, üzüm

 

Hazırlanma qaydası

Qatıqlı dondurma üçün susuz qatıqdan istifadə etmək daha məqsədə uyğundur. Süzmədən və ya evdə hazırlanan qatıqdan da istifadə edə bilərsiniz. Şəkər istifadə etmək istəməyənlər istəyə görə bal və bəkməzdən də istifadə edə bilərlər. Dondurma hazırlamaq üçün əvvəlcə hansı qatıqdan istifadə edəcəyinizi müəyyənləşdirməniz lazımdır. Əgər istifadə edəcəyiniz qatıqda qaymaq varsa qaymağı çəngəllə möhkəm əzin və qatığın içərisində tamamən əriyib qarışmasına çalışın.

Əvvəlcə qatığı bir az qarışdırın. Sonra qatığın içərisinə şəkəri(istəyə görə istifadə edəcəyiniz ərzağı), rəndələnmiş limon qabığını, limon suyunu da qataraq geniş bir qabda şəkər əriyənə qədər və bütün ərzaqlar tamamən qarışana qədər qarışdırın. Hazırladığınız qarışığı geniş bir kasaya qoyub soyuducuda 8-10 saat arası saxlayın. Soyuducudan çıxarılan dondurmanı kasalara paylaşdırıb üzərinə istəyə görə və zövqünüzə görə təzə meyvə, quru meyvə, ya da fındıq, qoz, üzüm çeşitlərindən bir neçəsi ilə bəzəyərək servis edin. Körpələrinizə dondurma verməzdən əvvəl dondurmanı otaq temperaturunda bir az saxlayıb sonra servis edə bilərsiniz.

Nuş olsun!          




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir