Bürclərlə yatıb bürclərlə qalxmasanız belə, yeni biriylə tanış olduqda və onun bürcünü öyrəndikdə, bürc uyumunuzla əlaqədar kiçik bir araşdırma etdiyinizi bilirik; heç boşuna inkar etməyin, çünki bəzi insanlar həqiqətən bir-birləri üçün yaradılırlar.
Əlbəttə bu insanların uyğunlaşmasını, yalnız bürcləriylə açıqlaya bilmərik, amma əminik ki, ən yaxşı yola getdiklərini düşündüyümüz bu bürcləri görəndə, siz də bu söylədiklərimizlə razılaşacaqsınız.
Aşağıda, yolları kəsişsə həqiqətən möhtəşəm ikili ola biləcək və istəsələr dünyanı ələ keçirə biləcək bəzi bürcləri görəcəksiniz. Bunları hər bürcün qadın və kişini üçün açıqlamadıq, amma bürclər arasında uyğunlaşmaları ən diqqətə çarpan olanları sizin üçün seçdik.
1)Daha təmiz bir dünya üçün birlikdə olmalı buğa qadını – qız kişisi
Səbirli, sədaqətə əhəmiyyət verən, lüks düşkünü, vasvası buğa qadını; qız bürcü kişisini gördüyü yerdə tanıyar. Qız kişisinin vasvası görünüşü onun diqqətini çəkən ilk şey olacaqdır. Bu iki bürc insanı həqiqətən yaxşı yola gedirlər.
Buğa qadını sakit bir həftəsonu keçirmək istədiyində qız bürcü kişisi də eynisini istəyir, çünki çox vaxt bir-birlərindən xəbərsiz eyni şeyi hiss edirlər. İki bürcün də ən diqqətə çarpan xüsusiyyəti təmizkarlıqlarıdır. Bir yerlərdə tərtəmiz geyinmiş təravət qoxan bir cütlük görəndə bilin ki, bunlar buğa qadını – qız kişisidir.
2) Bir – birlərini görəndə dəyənəklərini gizlədən buğa kişisi – oxatan qadını
Buğa kişisini anlamaq üçün, ilk əvvəl buğa qadının tam tərsi xüsusiyyətlərini bilmək lazımdır. Buğa qadını nə qədər sevdiyinə sadiqdirsə, buğa kişisi o qədər məhrumdur sədaqətdən. Yerində dayana bilməzlər. Bu səbəbdən onun imtahanı oxatan qadınıdır. 🙂 Özündən daha hərəkətli, oxatan qadınını görən buğa kişisi dəyənəklərini dərhal arxasına gizlədib, sanki pişiyə çevriləcəkdir.
3) Sıfır macəra ilə keçən bir həyatın baş rollarını paylaşan oğlaq kişisi – buğa qadını
Oğlaq kişisi ilə buğa qadınını bir arada tutan şey ortaq zövqləri və həyata qarşı dünyagörüşləridir. Bu iki insan ümumiyyətlə eyni şeyi düşünürlər. Birlikdəykən çox əylənirlər, amma kənardan baxılanda ikisi də çox durğun görünür, buna görə onların çox darıxdırıcı bir cütlük olduğunu düşünə bilərsiniz, amma bilin ki, həqiqətən yanılırsınız.
4) Bir – birlərinə bir ömür aşiq qala biləcək aslan kişisi – əqrəb qadını
Aslan kişisi xüsusi zövqlərə sahibliyi, vasvasılığı, nizamlı bir həyatdan xoşlanmağı, güclü xarakteriylə cəmiyyət içində diqqət çəkən biridir. Buna görə qarşısında ancaq onun kimi güclü və cazibədar bir qadın dayana bilər.
Əqrəb qadını, özünə xas və sarsılmaz şəxsiyyətiylə ona olduqca cazibədar gələcəkdir. İki tərəf də öz qaydalarından imtina etmədiyindən, onların fırtınalı bir münasibətləri olur amma bir-birlərinə bir ömür aşiq qalacaqları da mübahisə oluna bilməz.
5) Bir – birlərindən başqa anlayanları olmayan əkizlər qadını – tərəzi kişisi
Əkizlər qadını yaxşı bir dost, çətin bir sevgilidir. Duyğuları çox tez dəyişər və hər şeydən çox tez sıxılar, ancaq tərəzi kişisi, eyni tarazsızlıqla qarşısında durduğu üçün, ondan sıxılması mümkün olmayacaqdır. Tərəzi kişisi sayəsində əslində hər gün yeni bir insanla tanış olacaqdır. 🙂 Bu ikili birlikdəykən başqaları üçün dözülməz ola bilər, diqqət edin.
6) İçlərindəki sevgiylə dünyanı xilas edə biləcək balıq qadını – xərçəng kişisi
Xəyalpərəst balıq qadınının xəyallarını reallaşdıracaq kişi, xərçəng bürcləridir, çünki xərçəng kişisi sevdiyi qadın üçün hər şeyi etməyə hazırdır. İkisi də ev həyatını çox sevən, sevgi dolu insanlardır. Bu ikili birlikdə olduqda, dünyanı həqiqətən sevgiləriylə xilas edə bilərlər.
7) Birlikdə səyahət etməyi sevən dolça kişisi – oxatan qadını
Azadlığına düşkün və sərhəd tanımaz dolça kişisi, özü kimi azad bir ruha sahib olan oxatan qadınıyla çox yaxşı anlaşır- amma ona meydan oxumadığı müddətcə… İkisi də bir-birlərinin azadlığını qısıtlamadan möhtəşəm bir əlaqə yaşaya bilərlər. Evlənməmək, ortaq aldıqları bir qərardır onlar üçün.. çünki onlar evlilik işlərinə xərcləyəcəkləri pulu, bir yerlərə səyahət etmək üçün xərcləməyi seçərlər.
8) Bizə bizdən başqa dost olmaz deyən qoç qadını – qoç kişisi
Birlikdə olduqları zaman enerjiləriylə hər kəsin diqqətini çəkəcək cütlükdürlər. Bir -birlərinin şəxsiyyət xüsusiyyətlərini çox yaxşı anlayar və buna görə də bir-birlərinə çox hörmət göstərərlər. Həyəcanın heç azalmadığı əlaqələriylə də hər kəsə nümunə ola bilərlər.