Koronavirus

Koronavirusdan evdə müalicə neçəyə başa gəlir?

Baxış sayı: 898

Evdə müalicə alan koronavirus xəstələrinin dərmanlara nə qədər xərci çıxır?  “Gencaile.az” saytı xəbər verir ki, “Medicina.az” bununla bağlı araşdırma aparıb.

Beləliklə müalicə xərcləri:

Həkim qəbulları – 40-50-60, uzmanlar 70 manat;

Analizlər – xəstəlik boyu 2-3 dəfə verilir – 200-300 manat (təkcə həyati əhəmiyyətli olan D-dimer analizinin qiyməti 40 manatdır);

Rentgen, KT müayinəsi – 120 manat;

Evdə inyeksiya və sistem üçün tibb bacısı – günü 20-30 manat, ümumilikdə 100-200 manat;

Qanın laxtalanmasına qarşı Kleksan kimi vacib preparat – cütü 17 manat, müalicə boyu 200 manat;

Antibakterial infuziya – biri 16 manat, ümumi 80-90 manat;

Digər antiviral dərmanlar, deksametazon, vitaminlər, öskürək dərmanları və s. – 200 manat;

Saturasiya cihazı “Pulsoksimetr” – 35-40 manat (koronavirus xəstələrinin taleyi bu cihazdan asılıdır);

Beləliklə, yaşlı, xroniki xəstəliyi olan, həqiqətən də mərhələləli şəkildə antibakterial, qandurulducu və deksametazon kimi preparatlar həkim tərəfindən təyin edilən xəstənin 15 günlük koronavirus mübarizəsinə 1200-1500 manat pul tələb olunur.

Əgər “Remdesevir” və evdə oksigen təchizatı olacaqsa, o zaman xərc 2000 manatı keçir.

Xəstəliyi yüngül keçirən gənc və sağlam insanların müalicəsi üçünsə 100-300 manat da kifayət edir. Təbii ki, bütün xəstəxanalar və modullarda yatan xəstələrə bu dərmanlar, hətta qarın nahiyəyə “Kleksan” da havayı vurulur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir