D vitamininin bədəndə az və ya çox olması orqanizm üçün təhlükəlidir. Xüsusilə koronavirusa yoluxan xəstələrin sağalması üçün mütəxəssislər D vitamini qəbul etməyi məsləhət görürdü.
Maraqlı olacağını nəzərə alıb, xarici KİV-ə istinadən D vitamini haqqında bilmədiklərinizi təqdim edirik:
Alimlərin fikrincə, D vitamininin çox olması ürək bulanmasına səbəb olur.
Əgər bədəndə D vitamini çoxdursa, gün ərzində özünüzü yorğun hiss edə bilərsiniz.
Bədəndə D vitamini ilə kalsiumun artması böyrək daşlarının yaranma riskini artırır.
Yumurta, balıq, göbələk, soya südü, portağal suyu qəbul etməklə, D vitamin əskikliyinə son verə bilərsiniz.
Uşaq və böyüklərdə D vitamini aşağı olanrsa, astma, allergik xəstəliklər, soyuqdəymə və ya yuxarı tənəffüs yolu infeksiyalarına yaxalanma halları yüksəkdir.