yemeye ne var

Tərəvəzli rulon küftə belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 715

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tərəvəzli rulon küftənin hazırlanma qaydasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar

750 q qiymə

3 ədəd köhnə çörək (dilim)

3 yemək qaşığı incə doğranmış cəfəri

3 ədəd yumurta

3 çay qayığı kərə yağı

1 stəkan bişmiş noxud

1 stəkan rəndələnmiş kök

1 çimdik istiot

1 çimdik qırmızı toz bibər

1 çay qayığı kəklikotu

1 çimdik duz

Tərəvəzli rulon küftə

Hazırlanma qaydası

Köhnə çörəkləri ilıq suda 5 dəqiqə saxlayıb süzün. Dərin bir qaba qiyməni qoyun. Içinə islanmış çörəyi, cəfərini, yumurta, istiot, pul bibər, kəklik otu və duzu əlavə edin.Bir-birinə qarışması üçün möhkəm yoğurun. Kök və yaşıl noxudu da əlavə edib yoğurun. Soba sinisini yağlayın. Köftələrin hər tərəfinə yumurta ağı sürtün. Kərə yağını kiçik hissələrə bölüb köftələrin üzərinə sürtün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40 dəqiqəyə yaxın bişirin. Bişən köftəni sobadan çıxardıb dilimləyin. Isti halda servis edin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir