geyim

Payızın 4 trend rəngi – FOTOLAR

Baxış sayı: 713

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasını qurmaq üstün bir məziyyət hesab olunsa da, deməliyik ki, obrazın bir rəng üzərində qorunması indi daha çox ön plandadır.

 

Kobalt mavisi

Kobalt mavisi, elektro və ya Yves Klein Blue – bu rəngin bir çox adı var və ona aşiq olmaq üçün hamısını bilmək lazım deyil. Ancaq bir şeyi dəqiq bilirik – bu parlaq, lakin nəcib rəng uzun müddət bizimlə qalacaq. Ən azından önümüzdəki bir neçə ay ərzində.

 

Lavanda təmizliyi

Bənövşəyinin bu açıq tonu ardıcıl olaraq bir neçə ildir ki, dəbdən düşmür. Pantone İnstitutunun tövsiyəsinə əsasən yeni mövsümdə onu parlaq sarı rəngdə geyinməyi məsləhət görürük. İstər dünya, istərsə də instaqram ulduzlarının stillərindən ilham axtarmağı məsləhət görürük.

 

Alqırmızı

Əslində heç vaxt dəbdən düşməyən, ancaq mövsümlərdən asılı olaraq çalarlarını dəyişən zamansız bir rəngdir. Bu mövsüm dizaynerlər demək olar ki, yekdilliklə alqırmızıya səs verir və onu çəhrayı ilə birləşdirməyi təklif edirlər.

 

Zümrüd və ya ot yaşılı

Görünür, dizaynerlər yaz-yay mövsümünün əsas trend rəngindən kifayət qədər istifadə etməyib və ondan doymayıb. Həqiqətən də, sözün əsl mənasında enerji yayan bu heyrətamiz rəngi görməzlikdən gəlmək çətindir. Yeri gəlmişkən, yaşılın gözlərə sakitləşdirici və bütövlükdə sinir sisteminə sakitləşdirici təsir göstərdiyi çoxdan sübuta yetirilib. Yaşıl qara rəngin fonunda xüsusilə cəlbedici təsirə malikdir. Bu həqiqət dizaynerlərin eskizlərindən də yan keçməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir