paytaxt keksi

Paytaxt keksi necə hazırlanır?

Baxış sayı: 598

Tərkibi:

200 q kişmiş (və ya quru meyvələr)

200 q kərə yağı

2 yumurta

200 q şəkər

0,5 ç.q. soda

1 ç.q. limon şirəsi

200 q un

Bir çimdik duz

10 damcı meyvə esensiyası və ya vanil

 

Hazırlanması:

Kişmişi yumaq, üzərinə qaynar su tökmək və 15 dəqiqə gözləmək, sonra suyu boşaldıb kişmişləri qurutmaq lazımdır.

Sobanı 200˚С qədər qızdırmaq, hazırlıq formasına kərə yağı çəkmək və bir az un səpmək lazımdır.Yumşaq kərə yağını ağarana qədər çalmaq lazımdır. Yumurtanın ağını sarısından ayırmaq və soyutmaq lazımdır.

Yağı çalmağa davam edərək üzərinə yumurta sarılarını və qaşıq-qaşıq şəkər əlavə etmək lazımdır. Şəkər yağda tamamilə həll olmalıdır.

Alınmış qarışığın üzərinə limon şirəsində həll olunmuş soda əlavə edin və qarışdırın. Mikseri söndürün, qarışığa kişmiş əlavə edib, bir az un ələyin və səliqəli qarışdırın. Xəmirə vanil və qalan unu əlavə edib yenidən qarışdırın. Soyumuş yumurta ağlarını duz ilə qatı yumşaq kütlə alınana qədər çalmaq və iki dəfəyə xəmirə qatmaq lazımdır.

Xəmiri formaya əlavə edin, ortadan bıçaq ilə kəsərək 1 saat ərzində sobaya bişməyə qoyun. Keks soyuduqdan sonra üzərinə şəkər tozu səpmək lazımdır.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir