yemek

İlk görüşdə hansı yeməklərdən uzaq durmalı? – SİYAHI

Baxış sayı: 1. 440

İlk görüş, ilk baxış, ilk müşahidə çox əhəmiyyətlidir. Elə məhz bu ilk görüşdə qarşınızdakı insanda mənfi təsir oyatmamaq üçün bu yeməklərdən uzaq durmalısınız. “Gencaile.az” həmin yeməkləri təqdim edir.

Spagetti.  Hər birimiz çox sevirik, ancaq yeyərkən necə göründüyünüzü bilirsinizmi? Ağzınız yağ içində, qəribə səslər çıxardaraq spagetti udursunuz.

Kabab, lahmacun dadlı yeməklərdir, ancaq ilk görüşdə ağzınızda fərqli dad, qoxu olmasını istəməzsiniz.

Toyuq qanadı. Təsəvvür edin, ilk görüşdə əlinizdə yağlı toyuq qanadını gəmirərək yeyirsiniz. Sizcə, bu, qarşı tərəfə necə təsir edər?

Soğan və sarımsaq qatılmış yeməklər ilk görüşdə ətrafa pis qoxu saçmamaq üçün yeyilməməlidir.

Salat və cəfəri. Yaşıl qidalar faydalı olsa da, dişlərinizə yapışaraq, görünüşünüzün ən böyük düşməni ola bilər.

Acı və ədviyyatlı yeməkləri sevsək də, qarşı tərəf bunu sevməyə bilər.  Həm də ilk görüşdə mədənizdə narahatlıq hiss etmək istəməzsiniz.

Qurupaxlalıar mədədə köp və qaz yaratdığı üçün ilk görüşdə yemək məsləhət deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir