Aliment

Yaşayış minimumunun artması alimentlərin artmasına səbəb olacaq?

Baxış sayı: 645

Nədənsə ölkəmizdə boşanma halları baş verən ailələrdə əksər hallarda alimentlə bağlı problemlər ortaya çıxır. Amma istənilən halda aliment yolları ayrılan valideynlərin uşaqlarının böyüdülməsində heç də az rol oynamır. Gələn ildən əhalinin maaş və təqaüdlərinin və bu qəbildən olan gəlirlərinin artırılacağının açıqlanması nikah pozulması hallarında uşaqlara verilən aliment miqdarının artıb-artmaması ilə bağlı sualın da yaranmasına səbəb olub.

Mövzu ilə bağlı açıqlama verən Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, məhkəmələrdə nikahın pozulması zamanı uşağın hansı valideynin himayəsində qalması ilə bağlı qərar qəbul edilərkən alimentin məbləği müəyyənləşdirilir:

Azərbaycanda hüquqi yardım problemi: 10 milyonluq ölkəyə neçə vəkil lazımdır?

“Sözügedən qayda iki cür ola bilər. Biri sabit pul məbləği ilə işləməyən, daimi gəliri olmayan şəxslərin öhdəlikləri ilə bağlıdır. Digəri isə işləyən, sabit gəliri olan valideynlə bağlıdır. İkinci növdə uşaqların sayına nisbətən əməkhaqqının müəyyən faizi tutulur. Ancaq işləməyən şəxsdə konkret rəqəm olur. 2022-ci il üçün qərar qüvvəyə minərsə, aliment məbləğinin minumumu 189 manat təşkil edəcək”.

R.Qaraşov əlavə edir ki, aliment miqdarının artırılmasını istəyən şəxslər, bununla bağlı məhkəməyə müraciət edərək, məbləğin artmasını təmin edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir