yag

Sızanaqları, qırışları və iltihabı aradan qaldıran yağlar

Baxış sayı: 780

Təbii yağlar dərini sağaldır, nəmləndirir və qoruyur. Əlbəttə ki, hər kəsin dəri quruluşu fərqlidir və bu nöqtədə sizin üçün ən uyğun olanı tapmaq, dərini və istifadə edəcəyiniz məhsulları tanımaq lazımdır.

Beləliklə, cild baxımında istifadə edə biləcəyiniz yağları təqdim edirik.

 

1) Arqan y0ağı

Arqan yağı saç baxımında, həmçinin, dəridə yaşlanma əlamətləri yarandıqda istifadə olunur. Cildin nəm və rəng balansında, elastikliyinin bərpasında da mühüm rol oynayır. Yüksək miqdarda E vitamini, yağ turşuları və antioksidanlar ehtiva edən arqan yağı kollageni dəstəkləyir, sızanaqları müalicə edir və erkən yaşlanma əlamətlərinin qarşısını alır. Bu yağdan maskalar hazırlayarkən də istifadə edə bilərsiniz.

 

2) Zeytun yağı

Tərkibindəki A və E vitaminləri, güclü antioksidanlar iltihaba və qırışlara qarşı faydalıdır. Dərini nəmləndirən, təmizləyən və qoruyan zeytun yağı günəş ləkələrini müalicə edir. Hətta bu yağdan makiyajı təmizləmək üçün də istifadə edə bilərsiniz.

 

3) Kokos yağı

Həm saç, həm də dəri üçün əvəzolunmazdır. Hüceyrələri bərpa edərək iltihabı aradan qaldırır, dərinin quruluğunu müalicə edir.

 

4) Avokado yağı

Beta-karoten, lesitin və A, D və E vitaminləri ilə zəngindir. Dərinizi nəmləndirir və qırışları azaldır. Eyni zamanda, kollagen istehsalını da artırır.

 

5) Çin s0immondiyası yağı

Sızanaqlı dərinin müalicəsində istifadə olunur. Sızanaqlar üçün hazırlayacağınız maskalara bu yağdan əlavə edə bilərsiniz. Bu dəridəki iltihabı azaldaraq bərpa prosesini sürətləndirəcəkdir.

 

6) Çay ağacı yağı

Ayaq göbələyi, ekzema, kəpək kimi problemləri müalicə edir. Dəriyə birbaşa tətbiq etmək əvəzinə bir daşıyıcı yağ əlavə edərək yumşaldın.

 

7) Üzüm toxumu yağı

Dəri xərçəngi və qırışların yaranma riskini azaldır. Həmçinin, günəşin ultrabənövşəyi şüalarından qoruyur.

 

8) Lavanda yağı

Dəridə yaranan qırışları və zədə izlərini müalicə edir. Sızanaqları, əzələ ağrısını azaldır, cildin nəfəs almasını asanlaşdırır, saç tökülməsi və kəpək kimi problemləri həlli edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir