paltar 7

Payızın ətək dəbi – FOTOLAR

Baxış sayı: 699

Hedi Slimanın “Celine” markasının kreativ direktoru vəzifəsinə təyin olunması ilə orta uzunluqda ətəklər geri dönüş edib. Dizayner bir neçə ildir ki, kolleksiyalarında orta uzunluqda ətəklərə geniş yer verir və onları yun sviterlərlə kombinə etməyi tövsiyə edir. Sliman qalın midi yubkaların dəbdən silinmədiyini sübut edir.

O vaxtdan bəri digər markaların kolleksiyalarında da bu modellərin müxtəlif versiyaları qarşımıza çıxır: Dəri, yun, trikotaj, zamşa, təkrəng və ya damalı. İstənilən midi ətək bu mövsüm həyatınızı xeyli asanlaşdıracaq. O, dəri və ya laklı çəkmələrlə xüsusilə effektlidir.

Əgər hələ də midi ətəyin zəruriliyinə şübhə edirsinizsə, sizə cari mövsümün şoularından ilham almağı təklif edirik.

geyim 1

geyim 3

geyim 4

paltar1

paltar 7




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir