Zakir Eliyev

Uşaq nevroloqu valideynləri təhqir edir

Baxış sayı: 1. 928

Valideynlər Tibb Universitetinin professoru, “Atlas” klinikasının həkimi, nevroloq Zakir Əliyevin pasiyentlərə münasibətindən şikayətçidir.

Həkimin qəbulunda olan və adının çəkilməsini istəməyən valideyn redaksiyamıza müraciət edərək məsələnin müzakirəyə çıxarılmasını istəyib: “Bir neçə gün öncə uşaq nevroloqu Zakir Əliyevin qəbulunda oldum. Getdiyimə peşman oldum. Həkim təhqir dolu ifadələr işlədir, özünü təhlükəli xəstə kimi aparır, uşaq haqqında ruh düşkünlüyü yaradacaq ifadələr işlədir, qışqırırdı. Ordan qayıtdıqdan sonra günlər keçib, özümə gələ bilmirəm. Bu cür adamı klinika niyə işdə saxlayır və Səhiyyə Nazirliyi bu özbaşınalıqla bağlı niyə heç bir addım atmır?”

Z.Əliyevin davranışları bir neçə gün öncə onun kolleqası tərəfindən də müzakirəyə çıxarılıb. Onun Facebook sosial şəbəkəsində yazdığı statusu təqdim edəcəyik. Ancaq əvvəlcə xatırladaq ki, elə həmin statusda yazılan rəylərdən aydın olur ki, professor qəbuluna düşən pasiyentləri təhqir etməsi ilə məşhurlaşıbmış. Valideynlər bu həkimlə bağlı çox sayda hadisələri bölüşüblər.

Belə görünür ki, Z.Əliyev özünü “fövqəlgüc” kimi hiss edir və bu eyforiyanın təsiri altında hər kəslə qeyri-adekvat davranır, müalicə etməli olduğu müxtəlif nevroloji epillepsiyaları öz hərəkətlərində göstərir.

Həkim yalnız yazdığı müalicə ilə yox, həm də dili ilə, münasibəti ilə şəfa verməlidir. Z.Əliyevin artıq 80-dən yuxarı yaşı var, onu mənzilə  – yəni evinə yola salmaq lazımdır, əziz Tibb Universitetinin və “Atlas” klinikasının rəhbərliyi.

İndi isə tanınmış pediatr Aytən İsmayılzadənin statusunu olduğu kimi təqdim edirik:

Ayten Ismayilzade

“Uşaq nevroloqu Zakir Əliyev. Professor. Siz lap akademik də ola bilərsiz, amma  bir uşağa “sən ağıldan kəmsən, elə ağıldan kəm də qalacaqsan” deməyə ixtiyarınız yoxdur.

Biz tələbə olanda sizin adınızla bağlı çox mənfi söhbətlər eşitmişdik. Eşitmişdik ki, qəbula gələn bir ananın ağır nevroloji xəstəliyi olan  uşağını zibil vedrəsinə qoymusuz ki, bundan daha uşaq olmaz.  Başqa ana deyir ki, qapını bağlayıb başına vurmusuz ki bu nə uşaq saxlamaqdı. Etdikləriniz həyatdan çıxara bilmədiyiniz acığınızdı ya psixoloji probleminiz ya da uşaqlara həddən artıq “qayğınız”.

Səhiyyə Nazirliyi daxilində bu işlər necə tənzim olunur bilmirəm. Görünür ki indiyə kimi heç kimə bu məsələ  maraqlı olmayıb. Şəxsiyyətin alçaldılmasına görə hüquq – muhafizə orqanlarına muraciət etməlidir yoxsa analar? Heç kəs də etmədiyinə gorə bu gunə kimi də bu doktor öz ampulasındadır.  Bu məsələ ciddidir. Zatən ona muraciət edənlər ağır nevroloji, çox vaxt geridönməz problemləri olanlardır. Valideynlər bitkin olur. Onun bu davranışı hansı çərçivəyə sığa bilər? Ola bilər eşitdiklərimiz şayə olub. Öz aramızda danışmışıq bitib. Amma bu yaxında olmuş hadisə  məni onun haqda yazmağa məcbur etdi. Həm də elə bir ana mənə danışdı ki, özu ali təhsilli, jurnalist, səbrli, maarifli, mədəni bir xanım.

Zatən, mən heç vaxt ona pasiyent yönləndirmədim. Çunki tələbə vaxtından eşitdiklərimə görə  kiminsə bu cur həkimlə üz üzə gəlməyini istəmədim. Səhiyyə Nazirliyindən istədiyimiz budur ki, bu tip məsələlər lazımi mustəvidə həll edilsin. Z. Əliyevin qəbul etdiyi nevroloji problemli uşaqları, onların anasını alçaltmağa, Onlara mənəvi təzyiq göstərməyə haqqı yoxdur.

Burdan muraciət də məqsədim budur ki, bu məsələ işıqlandırılacaq. Və yaxşı olar ki kolleqadı, professordu, muəllimimiz olub deyərək yan keçməyək. Heç şubhə etmirəm ki onun bu munasibətlərini görub yolunu başqa  uşaq nevroloqlarından salanlar az olmayıb. Əgər mən təsadüfən biri ilə rastlaşdımsa,  başqa pediatrlar  uşaq nevroloqları, ya psixoloqlar daha çox hal ilə rastlaşıb. İndi mənə professor hesabına reytinq yığan deyənlər də tapılacaq. Onlar elə hımişə bu kimi məsələdə susanlardı. Amma onun qəbulundan uşağın diaqnozuna görə deyil, məhz munasibətinə, dediklərinə, mənəvi təzyiqinə görə alt-üst olmuş bu ana uçun mən yazmalıydım. Gerisi səhiyyə sistemimizin işi”.

 

Məsudə Sultan




2 şərh “Uşaq nevroloqu valideynləri təhqir edir

  1. İlhamə

    Bu məqaləni indi gördüm… Və fikir bildirmədən keçə bilmədim(gec də olmuş olsa).
    Mən övladımı 17 il öncə Bakıdakı bir çox tanınmış həkimlərin, dosentlərin, professorların qəbuluna apardım. 1 il yarımlıq müalicələrdən sonra xəstəliyin yüngülləşməsi bir yana qalsın, qıcolmalar dayanmadı, hətta müalicə gedə-gedə 1gecədə 11 dəfə tutdu. Həm fiziki, həm də psixi geridəqalma var idi.
    “Nə qədər ki, yaşayır bu uşaq “sudurqa” olacaq, bəlkə də tutmaların sayı artarsa öləcək” -deyilmişdi….
    Hal-hazırda oğlum 18 yaşındadır. Gözlə görünəcək və görünməyəcək heç bir qüsuru, əqli və fiziki problemi yoxdur. Hətta idmanla məşğul olub, respublika, avropa çempionatlarında qələbəsi də var.
    Bütün bunlar professor Z. Əliyevin müalicələrinin nəticəsidir. Qəbulunda olduğumuz müddətdə 1dəfə də olsun mənə qarşı nə təhqiredici ifadə, nə də uşağıma qarşı kobudluq görməmişəm. Ümumiyyətlə valideynlərə nəsə desə belə uşaqlara qarşı heç vaxt aqressivliyini görməmişəm.
    Qaldı hansısa valideynə nə isə deyilməyinə… Uşağının dərmanını düzgün bölüb verməyi bacarmayan, bəzən də qüsurlu olduğu halda “Allahın verdiyi paydır”-deyib dünyaya gətirən cahilə Siz də olsanız eyni reaksiyanı verərsiniz.

    Cavabla
  2. sevda

    Qəbulunda olmamışam amma “qəhrəmanlıqları” haqqında çox eşitmişəm. Bu xəstə insan özü müalicəyə möhtacdı…

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir