yemeye ne var

Toyuq dolması belə hazırlanır – “YEMƏYƏ NƏ VAR”

Baxış sayı: 704

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə toyuq dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

Lazım olan ərzaqlar

1 ədəd bütöv toyuq

1 stəkan düyü

2 ədəd soğan

quş üzümü

duz

istiot

duru yağ

1 ədəd soba torbası

toyuq dolması

Hazırlanma qaydası

Toyuğu təmizləyib içini təmiz yuyun. Bir tavada doğradığınız soğanı qovurun. Bişirəcəyiniz düyünü arıtlayıb yuyun. Suyunu süzdükdən sonra düyünü qovurun. Duzunu da əlavə etdikdən sonra yarım stəkan su qoyun. Quş üzümünü də yuyub isladın. Tamamən suyunu çəkmədən islatdığınız quş üzümünü əlavə edin. Suyunu çəkənə qədər gözləyin. Bişdikdən sonra üzərinə istiot əlavə edin. Toyuğun içinə duz səpin. Plovu toyuğun içinə doldurun və altdakı dərilərindən deşik açın və budlarını ora çarpaz keçirdin. Soba torbasının içinə soğanı kəsib qoyun. Toyuğun üzərinə azca duz səpin torbaya yerləşdirin. Torbanın ağzını bağlayın. Bir neçə yerindən deşik açın. 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin. 1,5-2 saata yaxın bişir. Sobadan çıxardıb isti-isti servis edə bilərsiniz.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir