istilik sistemi

Azəristiliktəchizatdan “soyuq fəaliyyət”: İstilik yox, borc çox… – Kimdir müqəssir?

Baxış sayı: 698

Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi özü ilə bərabər bir sıra problemlər gətirib. Onlardan biri də mənzillərin istiklə təmin olunması məsələsidir. Noyabrın 15-dən etibarən 2021-2022-ci il payız-qış mövsümü ilə əlaqəli olaraq “Azəristiliktəchizat” tərəfindən qazanxana və istilik mərkəzlərinin işə salınması ilə bağlı ərazilərə xidmət göstərən bütün istilik-istismar müəssisələrinə müvafiq göstərişlər verilib. Lakin prosesdən kənar qalan mənzillər  hələ də mövcuddur. İllərdir, həllini tapmayan bu problem nədən  qaynaqlanır?

Sualımızı cavabandıran Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri  Sahib Məmmədov söyləyir ki, Azəristiliktəchizat  ASC əhalidən kommunal xərcləri toplaya bimir:

“Buna səbəb də odur ki, binalarda idarəetmə mənzillərin öz ixtiyarına keçməyib. Mənzil mülkiyyətçilərinin  müştərək cəmiyyəti yaradılmayıb.  Azəristiliktəchizat  ASC  hər hansı bir binanı götürür, əgər ora istilik gəlirsə, aşağıya qədər bütün  binanın mənzillərinə köhnə sovet məlumatları  əsasında borc göndərir.

sahib memmedov                                                                                                                                                Daha bilmir ki,həmin binada hansı məzildə istilik çatmır. Prosesi tənzimləyə bilmirlər. Əslində  binalarla Azəristiliktəchizat  ASC  arasında müqavilə olmalıdır .Əgər onlar  istiliklə təmin olunmaq  istəyirlərsə, müqavilə bağlayıb, ödəniş etməlidirlər.Buna qədər də o binada inventarizasiyası  aparılmalıdır ki, kim istilikdən nə qədər istifadə edir  Bu məsələlərin hamısı açıq qalıb. Ona görə binaların borcu yığılır.Bu halda  binalar borclu qalır “Azəriqaz” İstehsalat Birliyinə , “Azəriqaz” İstehsalat Birliyi də   Azərkontrakta, o da borclu qalır SOCAR-a  və ya qazı topdan satan şirkətlərə. Belə  bir dövrə əmələ gəlir. Sonra əhali narazılıq edəndə  göstəriş verirlər ki, borca məhəl qoymadan istiliyi verin. Bu şəkildə borclar illərlə  üst-üstə yığılaraq qalır. Problem də həll olmur. Bizdə dünəndən istiliyin verilməsi prosesi başlasa da, əksəriyyət mənzillər istilik almır.  Səbəbi də qaz təchizatının yığılıb qalan borclarıdır. İndi onları ala bilmir”.

S.Məmmədov ölkədə kommunal islahatların aparılmadığı müddətdə  problemin  həllini tapmayacağını vurğulayır:

“Bir tərəfdən də özəl binalar tikilib. Onların da öz istilik sistemi var, bəzilərində heç yoxdur. Azərbaycanda bu sahədə xaos hökm  sürür. Azəristiliktəchizat  ASC  ödənişləri əldə edə bilmədikdə köhnə mənzil məcəlləsində nəzərdə tutulmayan “JEK”lərə deyir . Onlar da bu pulları yığa bilmir. Təbii ki, yığa bilməyəcəklər. Çünki birinin imkanı yoxdur, min manat borcu yığılıb, digərinin  imkanı var, ona heç borc gəlməyib. Bazada belə bir məlumatsızlıq var. Bütün bunları nəzərə almadan  problemin ötən əsrin siyahısı ilə evlərə borc göndərmək üsulu ilə heç vaxt həllini tapmayacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir