goz

Gözlərinizin ağı saralıbsa, xərçəngdən şübhələnmək lazımdırmı?

Baxış sayı: 690

Sarılıq hanısa rahatsızlığın göstəricisidir. O bir xəstəlik deyil. Sarılığın səbəbləri müxtəlif ola bilər. Bütün bu səbəblər arasında ən önəmlisi qaraciyər, mədəaltı vəzi, öd kisəsi və öd yollarında əmələ gələn xərçənglərdir. Bu orqanlarda yaranan xərçənglər gözlərdə və dəridə sarılığa, sidikdə qaralma və nəcisin rənginin açılmasına səbəb ola bilər.

Türkiyəli həkim Onur Yaprak, mədəaltı vəzi xərçənginin cəmiyyətdə hər 100 nəfərdən 5-13-də bu xəstəliyə rast gəlindiyini deyib. Onun sözlərinə görə, bu xərçəng növləri arasında 11-ci yeri tutur.

Xərçəngə bağlı ölümlərdə isə ABŞ-da 4-cü, dünyada isə 7-ci yerdədir. Öd kanallarında kist və daş, parazit, siqaret, hepatit B və C, genetik faktorlar, kimyəvi maddələrə uzun müddət məruz qalmaq, köklük, diabet başlıca bunun əsas səbəblərindəndir.

Mədəaltı vəzi xərçənginə zəmin rol oynayan risk faktoru arasında siqaret və alkoqol istifadəsi, iləri yaş, diabet və fast-food tərzində qidalanmadır. Genetika və ailə faktorlarının təsiri isə 10 faizdir. Təəssüf ki, bu bölgədə yaranan xərçənglərdə xəstələrin 20 faizinin əməliyyat şansı olur. Buna görə də damar tutulması olmadan erkən diaqnoz qoymaq çox önəmlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir