ayaq

Ayaq ağrılarının çarəsi bunlardır

Baxış sayı: 603

Ayaq ağrısının yaranmasına bir çox amillər səbəb ola bilər: yaşlılıq, revmatizma, hərəkətsilik və ya çox hərəkət etmək, soyuqdəymə, sümük əzilməsi və sair… Bunun qarşısını vaxtında almadıqda isə ağrılar ciddi problemlərə gətirib çıxarır.

Bəzi asan üsullarla yüngül ayaq ağrılarını ev şəraitində aradan qaldırmaq mümkündür.

Ayaq ağrısına ən yaxşı gələn vasitələr sırasında ilk yerdə gün ərzində yürüş etmək durur. çalışın gündə ən az 40 dəqiqə ayaqla gəzin.

Axşam evə gələndə ağrı hiss edirsinizsə, bir necə buz kubiklərini dəsmala qoyub, ayağınızı kompres edin. Ağrı hiss etdiyiniz yerlərə buz massajı etməniz müsbət nəticə verəcək.

Zeytun, hind qozu və xardal yağını qarışdırın. Bununla ayağınızın ağrı olan yerlərinə masaj edin. 10 dəqiqədən sonra ayağınızdakı ağrının yox olduğunu görəcəksiniz.

1 çay qaşığı toz zərdəçalı krem halına gələnə qədər küncüt yağı ilə qarışdırın. Əldə etdiyiniz kremi ağrılı bölgələrə sürtün. 30 dəqiqə saxlayıb yuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir