derman

Ağciyərləri tam təmizləyir, astma xəstəliyi ilə mübarizə aparır!

Baxış sayı: 908
Koronavirus ağciyərləri hədəf alaraq tənəffüs çətinliyinə səbəb olub. Həyati əhəmiyyət kəsb edən ağciyərlər qanın oksigenin bütün bədənə daşınmasında mühüm rol oynayır. Bəs hansı qidalar ağciyərləri təmizləyir?
Dietoloq Salih Gürel ağciyərləri təmizləyən və ağciyərlər üçün faydalı olan 10 qidanı sadalayıb…
Sarıkök
Antioksidant və antiinflamatuar xüsusiyyətləri ilə zerdeçal ağciyər hüceyrələrində oksigen istehsalına zərər verən mikrobları təmizləmək vəzifəsini üzərinə götürür.
Sarımsaq
Təbii müalicə mənbələrindən biri olan sarımsaq çox güclü antioksidantdır. Antioksidant xüsusiyyəti ilə yanaşı tərkibindəki allisin kimyəvi maddəsi ilə ağciyərlərin təmizlənməsini təmin edir. Kimyəvi allisin ağciyərlərdəki bəlğəmi təmizləyir və soyuqdəymə kimi problemlərə yaxşı gəlir.
Zəncəfil
Ağciyərləri təmizləmək üçün lazım olan vacib qidalardan biri də zəncəfildir. Zəncəfil ağciyərlər üçün təhlükə yarada bilən toksinləri və hissəcikləri çıxarmağa kömək edir.
Evkalipt
Təbii antibiotiklərdən biri olan evkaliptin tərkibində efir yağları var. Bu yağlar ağciyər xəstəliklərinə qarşı çox təsirlidir. Evkalipt yağında olan efir yağları ağciyər infeksiyalarına qarşı mübarizə aparır, tıxanıqlığı aradan qaldırır, qan axını artırır və şişkinliyi azaldır.
Kəklikotu
Tərkibindəki efir yağları sinə tutulmasına qarşı təsirlidir. Öskürəyə və yuxarı tənəffüs yollarının iltihabına qarşıdır və antibakterial xüsusiyyətləri sayəsində bakteriyaların əmələ gəlməsinin qarşısını alır.
Keçibuynuzu
Ağciyərlərin sağlam olması üçün ilk növbədə toksinlərdən təmizlənməlidir. Keçibuynuzu ağciyərlərin toksinlərdən xilas olmasına kömək edən, bir sözlə detoks effekti yaradan qidadır. Ağciyərləri təmizləyən və xərçəngdən qoruyucu təsiri ilə ön plana çıxan keçibuynuzu su ilə qaynadılaraq istehlak edilə bilər. Astma və buna bənzər ağciyər xəstəliklərinin sağalma prosesində də kömək etdiyini göstərən bir çox araşdırma var.
Qara yerkök
Öskürəyə qarşı faydalıdır və bəlğəmgətirici rol oynayır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlardan biridir və ağciyər xərçəngi riskini azaldır.
Öskürək otu
Öskürək otu bəlğəmgətiricidir, C vitamini mənbəyidir. Hindistanlılar tərəfindən min illərdir ki, ağciyərləri gücləndirmək üçün istifadə olunur. Astma, bronxit, öskürək kimi bir çox xəstəliyə xeyirli olduğu məlumdur



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir