sirniyyat

Bir ay ərzində şirniyyatdan imtina həyatınızda nəyi dəyişəcək?

Baxış sayı: 597

Bir ay ərzində şirniyyatdan imtina edən insan 4 kiloqrama qədər artıq çəkidən qurtula bilər. 

Bu barədə rusiyalı endokrinoloq Tatyana Boçarova danışıb.

Həkim qeyd edib ki, şirniyyatdan imtina maddələr mübadiləsinin sürətlənməsinə və yuxusuzluğun aradan qalxmasına təsir edir.

“Bir ay şirniyyatdan imtina orqanizmin bütün sistemlərinə – mədə-bağırsaq traktından tutmuş hormonal səviyyələrə qədər təsir göstərəcək. Maddələr mübadiləsi yaxşılaşacaq, yuxusuzluq aradan qalxacaq, 4 kiloqrama qədər arıqlayacaqsınız – ümumiyyətlə, həyat yaxşılaşacaq”, – Boçarova “RİA Novosti”yə müsahibəsində bildirib.

Həmçinin dərinin vəziyyətində müsbət dəyişikliklər gözləmək olar. Mütəxəssis izah edir ki, şəkər dərini daha elastik edən kollageni məhv edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir