emeliyyatlar

Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar – SİYAHI, QİYMƏTLƏR

Baxış sayı: 805

Həkimlər hesab edir ki, ölkəmizdə cərrahi əməliyyatların qiyməti qat-qat ucuzdur, xaricdə müalicənin nəticəsi heç də həmişə yaxşı olmur

Azərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları da daxildir.

Lakin hələ ki ölkədə ən bahalı əməliyyat – orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.

Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları – ürək, böyrək, qaraciyər tez sıradan çıxmağa başlayıb.

Beləliklə, hazırda Azərbaycanda qiyməti “dodaq uçuqladan” bahalı əməliyyatlardan bəhs edən yazını təqdim edirik.

Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.

ORQANLARIN TRANSPLANTASİYASI: insanlığın xilası, yoxsa orqan mafiyasının çiçəklənməsi? » YeniSözçü qəzeti

Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır:

– Qaraciyər köçürülməsi – 35-40 min manat (donor canlıdan və ya xəstənin ailə üzvü, qohumundan olur);

– Böyrək köçürülməsi – 15-18 min manat.

Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar | Azərbaycan Tibb Ensiklopediyası

Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:

– beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) – 10-15 min manat;

– Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat;

– Qida borusu törəmələrində – rezeksiya və süni boru yerləşdirilməsi – 7-8 min manat.
Travmatoloji əməliyyatlardan:

– Oynaq protezləşdirilməsi endoprotezlər qorulması – bir oynaq 6000-7000 – iki oynaq 10-12 min manat;

– Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi – hər fəqərə arası sahə üçün – 2500 manat – 4-5 fəqərə 8-10 min manat.

Varikoz damar cərrahiyyəsi

Damar əməliyyatları – invaziv, qeyri-invaziv:

– Beyin anevrizması, damar yırtılması – 9-10 min manat;

– Damar angioplastikaları – aşağı, yuxarı ətraflara stendin qoyulması – bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat;

– Beyində stend yerləşdirilməsi – bir stent 3-4 min manat.

Azərbaycanda ürək əməliyyatları çoxalıb

Ürək əməliyyatları:

– Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3 min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq – 8-10 min manat;

– Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar – 9-14 min manat;

– Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə – 7-9 min manat.

Mədə kiçiltmə əməliyyatı – bariatrik cərrahiyyə – 5-6 min manat. Qiymət əməliyyat zamanı istifadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s. bu kimi alətlərin sayından asılıdır;

Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. – bir oynaq 3-4 min – ikisi 6-7 min manat.

Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-3 min manat ucuz və ya baha ola bilər. Bəs qeyd olunan qiymətlər nə qədər real və bahadır?

Bəzi ekspertlər qeyd edir ki, ölkəmizdə cərrahi əməliyyatlar, hətta müayinə və müalicələr digər ölkələr ilə, o cümlədən qardaş Türkiyə və Rusiya ilə müqayisədə daha ucuzdur. Xüsusən də onkoloji əməliyyatların qiyməti Türkiyədə az qala 10 dəfəyə yaxın bahadır. Bir neçə il əvvəl Gürcüstan və İranda cərrahi əməliyyatlar daha ucuz olsa da, hazırda həmin ölkələrdə də qiymətlər xeyli artıb.

Qiymətlərin baha olmasının digər səbəbi isə əməliyyat zamanı istifadə olunan ləvazimatların, dərmanların hamısının xarici ölkələrdən yüksək qiymətə gətirilməsi ilə əlaqələndirilir. O da məlumdur ki, demək olar ki ölkəmizdə heç bir tibbi ləvazimat istehsal olunmur.
Tanınmış cərrah Elnur Mehrəli mövzu ilə bağlı aşağıdakıları dedi: “Cərrahi əməliyyatlarda biz həm fiziki həm də zehni əziyyət qoyuruq. Fiziki əziyyət dedikdə ayaqüstə durmağı, fiziki dedikdə isə əl işlərinin görülməsi, zehni işlədib əməliyyatların icra metodunu həyata keçirməyi nəzərdə tuturam.

ELNUR MEHRƏLİ – LAPAROSKOPİK ESTETİK PLASTİK CƏRRAH | Azərbaycan Tibb Ensiklopediyası

Qiymətlərin isə çox da bahalı olduğunu qəbul etmirəm. Məsələn, ola bilər ki, digər ölkələrlə, o cümlədən İran və Gürcüstanda olan qiymətlərlə müqayisə edib, qiymətlərin bahalı olduğunu deyirlər. Amma unutmasınlar ki, İranın, Gürcüstanın özündə də ən yaxşı həkimlərin, cərrahların qiymətləri tam fərqlidir. Eləcə də Ukrayna, Rusiyada qiymətlər daha bahadır, nəinki bizim ölkəmizdə.
Daha bir məsələ, cərrahi əməliyyatlarda istifadə olunan ləvazimatların xarici ölkələrdən gətirilməsi də qiymətə təsir edir. Adi stendlər, onların materialları, təkcə burun əməliyyatı üçün istifadə olunan gipslər, tikiş saplarının özü xarici ölkələrdən gətirilir. Onların qiymətləri dəyişdikcə qiymətlər də qismən dəyişməyə başlayır”.

Elnur Mehrəli qeyd edib ki, xarici ölkələrə üz tutan azərbaycanlı pasiyentlərin əksəriyyəti heç də uğurlu nəticə ilə geri dönmür: “Burada insani meyar da öz təsirini göstərir. Xarici ölkələrdə heç də əcnəbi vətəndaşlara, yad ölkənin insanına ürək yanğısı ilə, insaflı, alicənab, diqqətli yanaşılmır, bunu etiraf etmək lazımdır. Ona görə də dəfələrlə olub ki, pasiyentlər qüsurlu şəkildə bizə üz tutublar. Deyə bilərəm ki, son illərdə əhalimiz daha çox öz həkimlərinə etimad göstərir”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da mövzu ilə bağlı danışdı: “Qeyd olunan qiymətlər əməliyyatların ağırlıq dərəcəsi və icra olunarkən istifadə olunan ləvazimatlar, müraciət olunan klinikanın statusuna görə dəyişir. Ümumilikdə isə dünyanın hər yerində ciddi cərrahi əməliyyatların qiyməti bahadır. Məsələ burasındadır ki, inkişaf etmiş ölkələrdə bu cür əməliyyatlar sığorta ilə tənzimlənmiş şəkildə həyata keçirilir. Yəni xəstələr adətən öz cibindən ödəmir. Orqan köçürməsi və digər ağır əməliyyatlar sığortanın hesabına həyata keçirilir. Və yaxud pasiyent öz istəyi ilə özəl klinikaya müraciət edib, öz cibindən ödəniş edə bilər.

O ki qaldı qiymətlərin həkimlərə görə dəyişməsi, dünyanın bütün ölkələrində də belədir. Yəni həkimin təcrübəsi, nüfuzu daha yüksək olanda qiymət də fərqli olur. Lakin məlum olduğu kimi, artıq ölkəmizdə də icbari tibbi sığorta əhəmiyyətli dərəcədə xeyli sayda ciddi əməliyyatların ödənişini öz öhdəsinə götürməyə başlayıb. Bununla da ehtimal etmək olar ki, yaxın zamanlarda digər problemlər də öz həllini tapacaq və vətəndaşlarımız icbari tibbi sığorta sayəsində ödənişsiz olaraq, keyfiyyətli şəkildə əməliyyat xidmətlərindən istifadə edəcək. Qiymətlərlə bağlı bir məsələni də qeyd etmək istərdim ki, Türkiyə ilə müqayisədə ölkəmizdə cərrahi əməliyyatların qiyməti qat-qat ucuzdur”.

ккк.JPG (21 KB)

Həkim-ginekoloq Rəşad Sultan da ölkəmizdə cərrahi əməliyyatların qiymətlərinin heç də bahalı olmadığını dedi: “30 il əvvəl bazar iqtisadiyyatına keçmişik. Bazar iqtisadiyyatı da o deməkdir ki, qiymətləri bazar müəyyən edir. Ona görə də hansısa sənətkar öz əsərinə fərqli qiymət qoyursa, bu onun tam haqqıdır. Bu baxımdan səhiyyədə də, məncə, həkimin öz əməyinə görə müəyyən bir dəyər seçməsi öz haqqıdır. Necə olur ki, kimsə öz evini baha qiymətə satanda onu günahlandırmırıq, eləcə də bu məsələdə həkimləri günahlandırmaq olmaz.

Beləliklə, “niyə həkim filan əməliyyatın qiymətini baha qoyub demək lazım deyil, demək lazımdır ki, niyə icbari sığortamız hələ də bu xidmətləri xidmət paketinə daxil etməyib. Belə olan təqdirdə həkim də, xəstə də razı qalar. Türkiyədə həm sığorta, həm də özəl sistem var. Məsələn, kimisə dövlət xəstəxanasında dövlətin hesabına göstərilən xidmətdən razı qalmazsa, özəl xəstəxanaya müraciət edir, əməliyyat etdirir və yaxud müalicə alır. Hətta Türkiyədə qiymətlər bizdəkindən daha qat-qat bahadır.

Bizim vətəndaşımız Türkiyədə bəzən 10 qat baha qiymətə əməliyyat olunur, şikayəti olanda heç səsini də çıxarda bilmir, ağırlaşma ilə geri dönür, amma öz həkimlərimizə gəldikdə dəyər vermək istəmir, “niyə pulsuz müalicə etmirsiniz” deyirlər. Biz axı 5-6 il ona görə oxumamışıq ki, pulsuz iş görək. Hamı işə pul qazanmağa gedir. Mən yarıac-yarıtox Ankaraya imtahanlara gedəndə heç kim gəlib cibimə beş qəpik salmayıb, amma indi deyirlər ki, pulsuz iş gör…”

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir