yemeye ne var

Dietik yemək olan brizol necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 647

Brizol – fransız mətbəxinin ən dadlı yeməklərindən biridir. İki qatdan ibarət olan bu bu yeməyin alt hissəsi yumurtalı, üst hissəsi isə qiyməlidir. Brizol yeməyi pəhrizdə olanlar üçün idealdır. Beləliklə,“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında hazırlanması çox vaxt almayan , dadlı və ləziz qiyməli “Brizol” yeməyi reseptini sizə təqdim edirik.

 

Lazım olan ərzaqlar

1 kq qiymə

1 ədəd soğan

9 ədəd yumurta

lazım olacaq qədər duz

istiot

3 ədəd xiyar

 

Brizolun üzəri üçün

mayonez

ketçap

göyərti

 

Brizolun ərzaqlarının yığılması

İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın. Lazım olacaq əti təmizləyərək yuyun və aşsüzənə yığın ki, suyunu axıtsın. Birzol üçün istifadə edəcəyiniz soğanı soyub bir kasaya alın. İstifadə edəcəyiniz xiyarı yuyub bir kasaya yığın. Lazım olacaq qədər duzu kiçik bir kasaya yığın. Birzol üçün lazım ola biləcək istiotu kasaya yığın. Birzolun üzərinə vurmaq üçün istifadə edəcəyiniz mayonez və ketçapı ayrı-ayrı kasalara yığın. Üzərinə vuracağınız göyərtini təmizləyib yuyaraq bir mətbəx dəsmalının üzərinə yığın.

 

Brizolun ərzaqlarının hazırlanması

İlk öncə Birzola üçün lazım olan soğanı kubik şəklində doğrayın. İstifadə edəcəyiniz əti qiymə halına salın. Bir kasaya yumurtaları sındırıb tel çırpıciyla qarışdırın. istifadə edəcəyiniz xiyarı çubuq şəklində doğrayın. Çırpılmış yumurtaları tökmək üçün düz səthli boşqabdan istifadə edin.

brizol

Hazırlanması

Bir qaba qiyməni və soğanı tökün. Üzərinə duz və istiotu töküb yaxşıca qarışdırın. Daha sonra ət qarışığını ətçəkən maşından keçirin. Hazır kütlədən götürüb əlinizlə iri küftəciklər hazırlayın. Dəzgahın üzərinə streç sərin və üzərinə 1 küftəciyi yerləşdirin. Üzərinə yenə streç çəkib oxlovla üstündən basaraq yüngülcə yayın. Yumurta tökdüyünüz boşqabın üzərinə yaydığınız qiyməni qoyun.

 

Brizolun bişirilməsi

Ocağı yandırıb tavanı üzərinə alaraq qızdırın. Qızdırdığınız tavanı yağlayın. Yumurtaya buladığınız hazır qiyməni tavaya yerləşdirin. İki iki tərəfini (omlet bişirən kimi) zəif ocaqda çevirərək bişirin.

 

Brizolun servis edilməsi

Bişən brizolun üzərinə çubuq şəklində doğradığınız xiyarları düzüb rulet şəklində bükün. Üzərini mayonez və ketçupla bəzəyin. Göyərtiylə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir