xestelik

Fevral ayında uşaqların yoluxmasının pik həddi olacaq

Baxış sayı: 543

“Hazırda yanvar-fevral ayı bir çox virus infeksiyalarının aktiv olduğu ərəfə olduğu üçün xəstəlikləri pik həddindəyik. Ona görə də uşaqlar arasında xəstəliklərin bu ay azalmasından söbbət gedə bilməz.

Biz üzü marta doğru səngiməyə ümid edirik. Hazırda dövr edən viruslar qrip, İnfulenza, kovid, streptokok, digər respirator virus infeksiyalarıdır. 2 il karantin fasiləsindən sonra İnfulenzanın daha aqressiv olmasının, yoluxuculuq qabiliyyətinin artmasının şahidi olduq.”

Bunu pediatr həkim Günay Rəsulova  deyir.

Gunay Resulova
“Dekabr ayının əvvəllərindən bağça və məktəblərdə İnfulenzanın çox yayıldığının şahidi olduq. Qripin A ştamıdır. Sadəcə o daha ağır və narahat keçdi.

Bu infeksiyada ikincili baлterial risk çoxdur. Amma müalicə ilə düzəlir. Ağırlaşan uşaqların xəstəxanada müalicəsi aparıldı. Bu virusun öhdəsindən gəlmək olur. Ani olaraq sürətli yayıldığı üçün insanlar onu kovidlə qarışdırıb, çox qorxdular.

Əgər uşağın qızdırması 10 gündən çox çəkərsə, burda mütləq ikincili infeksiyanı yoxlamaq lazımdır. Müayinə, analizlər olunmalıdır. İstər koviddə, istər İnfulenzada subfebril hərarətin 10 gün, hətta 20 gün, öskürəyin isə 2 ay çəkməsi mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir