ANALIZ

Analiz cavablarının düzgün çıxmasını istəyirsinizsə, BU QAYDALARA əməl edin!

Baxış sayı: 568

Analizin cavabının düzgün çıxması üçün siz də qaydalara riayət etməlisiz. Məsələn, bir neçə qaydanı sizlərə xatırlatmaq istərdim.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatiloq Şahin Məmmədov deyib.

Həkim qeyd edib ki, analiz verən şəxs tam ac olmalıdır:

“Tam ac olmalısız. Ən azı 12 saatlıq. Axşam yeməyi yüngül olmalıdır. Kofeinli içkilər – kola, tünd çay, enerji içkiləri, kofe və s. olmaz. Həmçinin yerkökü, balqabaq, sitrus meyvələri yemək olmaz. Biokimyəvi analiz verəcəksinizsə, axşam yeməyi, ümumiyyətlə, məsləhət deyil. Analiz verməmişdən 3 gün qabaqdan yağlı qidalardan imtina etməlisiz.  Analizdən qabaq 2 gün ərzində alkoqollu içkilər, isti vanna, sauna və fiziki yüklənmə olmaz.

Əgər siz həm də rentgen olunmalısızsa, labaratoriya önündə növbədir, əvvəlcə rentgendən keçiməyi düşünməməlisiniz. Qan analizi bütün müayinələrdən və terapevtik proseduralardan – masaj, iynə vurulması və s. öncə olmalıdır. Həm də labaratoriya önündə növbə olmasa belə siz çatan kimi, qan verməməlisiz. Ən azı 15 dəq dincəlməlisiniz. Labaratoriyanın 1-ci mərtəbədə olması yaxşıdır ki, pasient pilləkənləri qalxmaq məcburiyyətində qalmasın”.

Hətta həkim hesab edir ki, analiz verdiyiniz gün dişləri yumaq, saqqız çeynəmək olmaz: “Hormon analizi verəcəksinizsə, 1 ay qabaqdan bütün hormonal pereparatları dayandırmalısınız -həkim icazə verirsə. Qalxanvari vəz hormonu analizindən qabaq 3 gün ərzində yod tərkibli pereparatdan, yodla zəngin qidadan – qoz, yodlaşdırılmış duzdan istifadə olmaz.

Hipofiz və cinsi hormon analizi verəcəksinizsə, analizdən qabaq 2 gün ərzində seks olmaz. Hətta seksual qıcıqlandırıcılardan uzaq olmalısınız – erotik film və şəkillərə baxmaq və s. olmaz.

Yuxarıdakılara riayət etməzsəniz, ən yaxşı halda bahalı analizləri təkrar verməli olacaqsınız, ən pis halda isə düzgün olmayan müalicə alacaqsınız”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir