Doğum günü ilə əlaqədar ən xoş ənənələrdən biri də hədiyyə qəbul etməkdir. Lakin ad günü olan şəxsə hədiyyə alarkən diqqətli və ehtiyatlı olmaq lazımdır. Buna görə də bir neçə qaydaya əməl etmək lazımdır.
İti alətləri hədiyyə etmək məsləhətli deyil
Deyilənlərə görə, iti alətləri hədiyyə etmək məsləhətli deyil, çünki onlar neqativ enerjini cəlb edir. Əgər sizə bağlı hədiyyə qutusunun içərisində iti alət hədiyyə ediblərsə, o zaman həmin alətin yanına metal qəpik qoymaq lazımdır. Bu metal qəpik alətin neqativ enerjisini yox edəcək və sizi bədbəxt hadisədən qoruyacaq.
Mirvari hədiyyə etməkdən öncə düşünün
Bəzək əşyaları hər zaman uğurlu hədiyyə seçimi hesab olunur. Lakin çalışmaq lazımdır ki, bəzək əşyasında mirvari olmasın. Mirvari göz yaşları deməkdir.
Saat hədiyyə etmək olmaz
Dostunuza və ya sevdiyiniz şəxsə qətiyyən saat hədiyyə etmək olmaz. Bu münaqişəyə səbəb ola bilər.
Hədiyyə olunan çiçəklərin rəngi də çox önəmlidir
Bundan başqa, sarı çiçək də hədiyyə etmək olmaz. Doğum günü üçün alınan güllərin rəngi ağ və ya qırmızı olmalıdır.
Bu hədiyyələr birmənalı qarşılanmaz
Güzgü, boş pul kisəsi, burun dəsmalı kimi əşyaları hədiyyə vermək olmaz. Bunlar ad günü sahibinin həyatına neqativ təsir göstərmiş olar.
Samirə Tağıyeva