yer 6

Su üzərində qurulmuş 7 memarlıq möcüzəsi – FOTOLAR

Baxış sayı: 722

Su üzərində inşa edilmiş memarlıq tikililəri insanların istədikləri zaman mümkünsüz şeylərə nail olmasının bariz nümunəsidir.

Beləliklə, Yaponiyada süni adadakı hava limanından Hindistandakı möhtəşəm saraylara qədər su üzərində inşa edilmiş 7 memarlıq möcüzəsini oxucularına təqdim edirik.

 

Qayaların xanımı, Monteneqro

Əsasən “Gospa od Skrpjela” olaraq bilinən və bir adanın üstündə yerləşən möhtəşəm bir kilsədir. Kilsədə əsrlər boyu bir sıra təmir işləri getmiş və indi məşhur bir muzeydir.

 

Punta Della Dogana, Venesiya

İtaliyanın Venesiya şəhərinin su ilə əhatə olunmuş binalarına yad deyilsiniz. Venesiyadakı bir çox gözəl bina arasında Punta Della Dogana ən görkəmli adlandırıla bilər. Bu ikonik bina əvvəlcə 17-ci əsr memarı Giuseppe Benoni tərəfindən gömrük evi olaraq istifadə etmək üçün dizayn edilib. Bünövrə uzun taxta payaların suyun altındakı quma basdırılması ilə tikilib. Bunun hazırlandığı dövrü nəzərə alaraq necə edildiyini təxmin etmək çətindir. Punta Delia Dogana 1980-ci ilə qədər gömrük məntəqəsi kimi fəaliyyət göstərib. Bu yer 2009-cu ildə bir sərgi sahəsi olaraq açılıb.

 

Jal Mahal, Jaipur, Hindistan

Man Saqar gölündə yerləşən Jal Mahal Sarayı, müharibələr qədər memarlıq sənətinə də bağlı olan Rajput kralları tərəfindən istifadə edilib. XVIII əsrdə Amberin Maharaja Jai Singh II tərəfindən inşa edilmiş saray 121 hektar ərazini əhatə edir və Jaipurda ən çox ziyarət edilən yerdir. Tarixi sarayı bir otele çevirmək planları davam edir.

 

Pampus, Hollandiya

Pampus, səkkiz illik inşaatdan sonra 1887-ci ildə 3800 paya batırılıb 45.000 kubmetr qum idxal edərək inşa edilmiş süni bir adada qurulmuş bir limandır. Bura Amsterdam sakinləri tərəfindən məhv edilənədək II Dünya Müharibəsi kimi bir çox hadisədən, xilas olmağı bacarıb. Bu yer 2007-ci ildə qismən bərpa edilərək Pampus muzeyi olaraq xalqa açılıb.

 

Peberholm, Danimarka

Peberholm, İsveç və Danimarkanı birləşdirən Oresund körpüsünü və tuneli yerləşdirmək üçün yaradılan süni bir adadır. Oresundsbron təşkilatı tərəfindən inşa edilən ada həm də insanlardan və şəhərlərdən uzaq olduğu üçün adalarını sevən köçəri quşlar kimi bir çox quş növünə ev sahibliyi edir.

 

Burc əl- ərəb, BƏƏ

Qumun üzərində bir göydələn tikməklə yanaşı, bu göydələni vaxtilə okean olan süni bir adada da qurmaq tamamilə yeni bir iş tələb edir. Burc əl- ərəb 1994-cü ildən 1999-cu ilədək 2 milyard dollara inşa edilmiş ərəb dünyasının simvoludur. İnşaat açıq dənizdə 85 kvadratmetrdən çox ərazinin geri qaytarılması ilə başlayaraq üç il davam edib. 56 mərtəbəli və 320 metr hündürlüyündə olan Burc əl- ərəb dünyanın ən hündür beşinci otelidir.

 

Veluwemeer Su kəməri, Hollandiya

Bənzərsiz bir körpü və bir mühəndislik möcüzəsi suyun üstündən deyil, suyun altından keçən bir körpüdür. Su yolu 2002-ci ildə açılıb və uzunluğu 25 metr, eni 19 metrdir və gündəlik 28000 nəqliyyat vasitəsi istifadə edir. Avtomobillər aşağıdan sürətlə keçərkən qayıqlar yuxarıdan yavaş üzür. Su kəmərinin yanında piyadalar üçün piyada yolu da var.

yer yer 2 yer 3 yer 4 yer 5 yer 6 yer 7

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir